Milli Məclis ilə Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

 

İyulun 15-də Azərbaycan Respublikası Milli Məclisi ilə Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Mətbuat Şurasının sədri Əflatun Amaşov imzalayıblar.

N.Cəfərov mərasimdə çıxış edərək Milli Məclis ilə mətbuat arasındakı münasibətlərdən danışıb. O, Azərbaycanda söz, fikir mətbuat azadlığının təmin edilməsində jurnalistlərin yaxın dostu ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin olduğunu bildirib. Qeyd edilib ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin normal fəaliyyət göstərməsi üçün zəruri qanunvericilik bazası yaradılıb. Mətbuata dövlət tərəfindən böyük qayğı göstərilir, jurnalistlərin əməyi qiymətləndirilir. 1998-ci ildə mətbuat üzərində senzuranın ləğv edilməsi kütləvi informasiya vasitələrinin qarşısında geniş perspektivlər açıb. Vurğulanıb ki, Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev mətbuatın inkişafını daim diqqət mərkəzində saxlayır, ölkəmizdə bununla bağlı mühüm addımlar atılır.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Həsən bəy Zərdabi ideyalarını Əkinçiənənələrini yaşadan Azərbaycan mətbuatının uzun şərəfli bir yol keçdiyini bildirib. O, “Əkinçiqəzetinin xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynadığını, ölkəmizdə siyasi düşüncənin intibahının məhz milli mətbuatın yaranması ilə bağlı olduğunu söyləyib.

Şura sədri Azərbaycan Prezidentinin imzaladığı sərəncamlarla ölkəmizdə milli mətbuatın yubileylərinin təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin imzaladığıAzərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqındaSərəncama əsasən Bakıda regionlarda keçirilən çoxsaylı tədbirlərdən bəhs edib.

Diqqətə çatdırılıb ki, Anlaşma Memorandumunun məqsədi Milli Məclis ilə jurnalistlər arasında münasibətləri daha da möhkəmləndirmək, Azərbaycan xalqına parlamentarizm ənənələrini aşılamaq, təbliğ etmək parlamentin xalqın həyatında oynadığı rolu göstərməkdir.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı milli mətbuatın 140 illik yubileyi münasibətilə jurnalistləri təbrik edib. O, mətbuata, jurnalistlərə göstərilən dövlət qayğısından söhbət açıb. Qeyd edilib ki, Anlaşma Memorandumu parlamentlə jurnalistlər arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfəsini verəcək.

İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, parlamentin fəaliyyəti Azərbaycan mətbuatında kifayət qədər işıqlandırılır. Bu sənəd parlamentin fəaliyyətinin daha dərindən öyrənilməsi, media orqanları tərəfindən işıqlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Azərbaycan.- 2015.- 16 iyul.- S. 6.