Ekran əsərinin qəhrəmanlarıRuhlar şəhərinin sakinləri”dir

 

İyulun 15-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasıİctimai BirliyindəAzərbaycanqəzetinin baş redaktoru, Milli Məclisin deputatı, əməkdar jurnalist Bəxtiyar Sadıqovun ssenarisi əsasında hazırlananRuhlar şəhərinin sakinlərifilminin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, deputatların, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edənAzərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasıİctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov filmin tarixi əhəmiyyətindən söz açıb.

Bildirilib ki, 1988-ci ildən başlayaraq ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt olunub. Ermənistan Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti aparıb. BMT-nin məlum qətnamələrinə baxmayaraq, Ermənistan bu gün işğalçılıq siyasətini davam etdirir. Bu işğalçılıq siyasəti xalqımıza böyük maddi-mənəvi ziyan vurub, 1 milyondan artıq soydaşımız öz yurd-yuvasından didərgin düşüb.

Vurğulanıb ki, film iyulun 23-də işğal olunma tarixini yenidən qeyd edəcəyimiz, hazırdaruhlar şəhəriadlanan Ağdama, Qarabağ ağrı-acılarına, faciələrinə həsr olunub. Filmdə, eyni zamanda, xalqımızın qəhrəmanlıq keçmişinə nəzər salınır, torpağa, yurda bağlı insanlardan, onların nəyin bahasına olur-olsun öz evlərinə qayıtmaq istəyindən söhbət açılır.

Filmin ssenari müəllifi Bəxtiyar Sadıqov deyib ki, bu gün 20 dəqiqəlik bir ekran əsərinin təqdimatına yığışmışıq. O bildirib ki, müstəqillik illərində Azərbaycan çox problemləri həll edib, heç bir dövlətə, heç bir xalqa nəsib olmayan bir inkişaf yolu keçib. Lakin həll edə bilmədiyimiz yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bunun da başlıca səbəblərindən biri ikili standartlardır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır.

Dostlarının, qələm adamlarının məsləhəti iləRuhlar şəhərinin sakinlərimövzusunda yazdığı yazı əsasında ssenari hazırladığını bildirən əməkdar jurnalist deyib ki, bu heç asan başa gəlməyib. Ekran əsəri üç dəfə yenidən işlənib.

Filmdə əks olunan rəmzlərdən danışan B.Sadıqov deyib: “Ekran əsərində xarabalığa çevrilmiş yurd yerlərini göstərməklə erməni xislətini əməlləri ilə ifşa etməyə, qaçqınların, məcburi köçkünlərin Vətən həsrətini, Vətən istəyini, Vətən yanğısını bir daha önə çəkərək vətənpərvərlik duyğularını qabartmağa çalışdıq. Filmdə şərti olaraq dörd surət var. Bunlardan biri ruhlardır. Bu, olduqları yeri, işğal altındakı torpaqlarımızı tərk etməyən ruhlardır. Eyni zamanda, burada məcburi köçkünlərin, Ağdamdan kənarda doğulub, lakin o torpağı görmək eşqi ilə yaşayan uşaqların da obrazı var”. O vurğulayıb ki, bu ekran əsəri xalqımızın başına gətirilən münasibətlərə bir qələm adamının münasibəti kimi dəyərləndirilə bilər.

Son illərdə Qarabağ mövzusuna həsr edilən filmlərin çəkilməsini yüksək qiymətləndirən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva bildirib ki, Azərbaycanın haqq işinin təbliğində belə ekran əsərlərinin böyük rolu var.

Sonra film nümayiş olunub.

Bədii-sənədli filmin çəkilişləri Ağdamın işğaldan kənarda qalan kəndlərində aparılıb. Erməni vandallarının vəhşiliklərinin ifşasına, habelə məcburi köçkünlərin yurd həsrətinə torpağa bağlılığına həsr edilən filmin rejissoru Kəmalə Mirzəyeva, operatoru Manaf Əzizli, montaj rejissoru Rasim Yaxşıxanov, redaktoru İxtiyar Hüseynli, layihə rəhbəri Bəxtiyar Qaracadır. Mətni əməkdar artist Azad Şükürov səsləndirib.

Bu ekran əsəri hər bir tamaşaçını işğal altında inləyən torpaqları unutmamağa səsləyir.

Sonra yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasıİctimai Birliyi idarə heyətinin üzvü, deputat Elman Məmmədov İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov çıxış edərək filmlə bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, belə ekran əsərləri xalqımızın başına gətirilən müsibətləri dünya ictimaiyyətinə çatdırmaq baxımından təqdirəlayiqdir.

Çıxışlarda belə bir əminlik ifadə olunub ki, işğal altındakı bütün torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcək, insanlar öz doğma yurd-yuvalarına qayıdacaq ən yaxşı ekran əsərləri məhz Qarabağda çəkiləcək.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 16 iyul.- S. 7.