Mingəçevir şəhər Tarix Muzeyi yeni bina ilə təmin edilib

 

Mingəçevir şəhər Tarix Muzeyi yeni müasir bina ilə təmin edilib.

AZƏRTAC xəbər verir ki, iyulun 15-də şəhərin Heydər Əliyev parkında yerləşən muzey binasının açılış mərasimi olub. Tədbirdə mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış edib.

Nazir Əbülfəs Qarayev bildirib ki, ötən ay ölkəmiz birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdi. Azərbaycan bir daha öz inkişafını, tərəqqisini, xalqımızın mədəniyyətini, turizm idman sahəsindəki uğurlarını, qonaqpərvərliyini dünyaya nümayiş etdirdi. Bakı ilə yanaşı, Mingəçevirdə keçirilən ilk Avropa Oyunlarının iştirakçıları, rəsmi qonaqlar turistlər öz ölkələrinə xoş təəssüratlarla qayıtdılar. Bu mötəbər yarışlardan sonra yaxın gələcəkdə ölkəmizə çoxsaylı turistin gələcəyi gözlənilir. Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə turizmin daha da inkişafı üçün geniş tədbirlər görülür. Bundan əlavə, ölkəmizin şəhər rayonlarında tarix-diyarşünaslıq muzeyləri, görkəmli şəxsiyyətlərin ev muzeyləri, xatirə muzeyləri fəaliyyət göstərir. Turistlərin həmin mədəniyyət ocaqlarına cəlb etmək üçün onların yeni inzibati binalarla təmin olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər həyata keçirilir.

Nazir qeyd edib ki, Mingəçevir şəhərinin ərazisi qədim zəngin tarixə malikdir. Burada turizmin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar var. Mingəçevir şəhər Tarix Muzeyinin fəaliyyətinə xüsusi önəm vermək lazımdır. Çünki, bura regionda ən çox eksponatı olan muzeydir. Bu muzeyə turistlərin marağı da böyükdür. Qədim Mingəçevirin tarix mədəniyyətini özündə əks etdirən bu muzeyin yeni bina ilə təmin olunması Prezident İlham Əliyevin Azərbaycanda milli mədəni irsin qorunması təbliğ olunması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq görülən işlərin tərkib hissəsidir. Nazir Əbülfəs Qarayev məlumat verib ki, 1968-ci il yanvarın 11-də cəmi 50 eksponatla fəaliyyətə başlayan Mingəçevir şəhər Tarix Muzeyində hazırda 15 mindən çox eksponat sərgilənir. Qədim müasir Mingəçevir bölmələrindən ibarət olan muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir.

Muzeyin direktoru Nofər Məmmədəliyev bildirib ki, 1946-1953-cü illərdə görkəmli arxeoloq alim Saleh Qaziyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış arxeoloji qazıntılar zamanı Eneolit dövründən başlayaraq (e.ə. III minillikdən XVII əsrədək) ayrı-ayrı tarixi dövrləri əks etdirən 20 minə qədər maddi-mədəniyyət nümunələri aşkarlanıb. Bunların arasında katakomba, taxta qutu küp qəbirlər, məişət bəzək əşyaları, pul sikkələr, tuncdan düzəldilmiş müxtəlif silah növləri vardır. Bu eksponatlar tədqiqat üçün AMEA-nın Tarix İnstitutuna göndərilib. Həmin maddi-mədəniyyət nümunələrindən yalnız 50-si Mingəçevirdə eksponat kimi saxlanılıb. Bu əşyalar əsasında formalaşdırılan muzey sonrakı illərdə daha da genişlənib. Hazırda muzeydə Mingəçevir ərazisinin qədim flora faunasını əks etdirən ekspozisiyalar, 1946-1953-cü illərdə aparılan arxeoloji qazıntı işləri zamanı çəkilən, eləcə Mingəçevir İstilik Elektrik Stansiyasının tikilməsi ilə bağlı fotoşəkillər, Mingəçevir Su Elektrik Stansiyasının maketi, XIX-XX əsrə aid təsərrüfat məişət qabları, həmin dövrə aid Azərbaycan qadını kişisinin milli geyimləri maraq doğurur. Muzeyin müasir Mingəçevir şöbəsində isə XX əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasının yaranması tarixindən indiyə qədərki ictimai-siyasi hadisələri əks etdirən ekspozisiyalar da diqqəti cəlb edir.

Muzeydə 20 Yanvar Xocalı faciələrinə dair materiallar da nümayiş olunur. Muzeyin əməkdaşları vətəndaşlarla mütəmadi olaraq əlaqə saxlayır, maarifləndirmə işləri aparırlar. Bu əməkdaşlığın nəticəsində onlar evlərində saxladıqları qədim əşyaları könüllü olaraq muzeyə təqdim edirlər. Bu yolla cari ilin altı ayında 182 ədəd qədim eksponat əldə edə olunub.

Bundan əlavə, muzeyin yeni binasında tez-tez tədbirlər keçirilir, sərgilər təşkil olunur. Hər il noyabrın 11-də şəhərin ad günü ilə bağlı Heydər Əliyev Meydanında muzeyin səyyar sərgisi təşkil edilir. Muzeydə məktəblilər üçün tez-tez tarix dərsləri keçirilir. Burada ölkəmizdə ilk dəfə olaraq Şəhidlərin Xatirə Muzeyi yaradılıb. Son illər muzeyi ziyarət edənlərin sayının xeyli artdığını qeyd edən Nofər Məmmədəliyev deyib ki, muzeyi ziyarət edənlərin sırasında Mingəçevir məktəbliləri, tələbələr, ətraf rayonların sakinləri, eləcə şəhərə gələn yerli xarici turistlər çoxluq təşkil edir. Məlumata görə, hər il Mingəçevir şəhər Tarix Muzeyini Şəhidlərin Xatirə Muzeyini təxminən 40 minə yaxın qonaq ziyarət edir.

Çıxışlardan sonra muzeyin açılışını bildirən rəmzi lent kəsilib, muzeyə baxış keçirilib, eksponatlarla tanışlıq olub.

 

Azərbaycan.- 2015.- 16 iyul.- S. 7.