Ramazan bayramı milli həmrəyliyin kamil təcəssümüdür

 

Prezident İlham ƏLİYEV: “Bu müqəddəs bayramın dövlət səviyyəsində qeyd edilməsi bizim multikultural tolerant prinsiplərə necə yüksək qiymət verməmizi nümayiş etdirir

 

İslam dininə qəlbən bağlı olan Azərbaycan xalqı neçə əsrlərdir ki, Ramazan bayramını yüksək inam ruh yüksəkliyi şəraitində qeyd edir. Xüsusi vurğulamaq lazımdır ki, hələ keçmiş sovetlər birliyi dövründə qadağalara baxmayaraq, Ramazan bayramının qeyri-rəsmi səviyyədə keçirilməsi ulu öndər Heydər Əliyevin milli maraqlara xidmət edən fəaliyyətinin nəticəsi idi. Ulu öndər həmin illərdə xalqın mədəni-mənəvi irsinə, adət-ənənələrinə, milli dəyərlərinə diqqət qayğı ilə yanaşırdı. Dini abidələrə, məscidlərə ehtiyatla, böyük məharətlə qayğı göstərir, onları tarixi-mədəniyyət abidələri kimi bərpa etdirərək xalqın ixtiyarına verirdi.

Ötən əsrin 70-80-ci illərində məscidlərin bərpa olunaraq dindarların istifadəsinə verilməsi məlum səbəblərdən mümkün deyildi. Odur ki, dağılmaqda olan məbədgahlar tarixi abidələr adı altında bərpa edilərək muzey kimi xalqın istifadəsinə verilirdi. Bununla da bir tərəfdən həmin abidələrin dağıdılmasının qarşısı alınır, digər tərəfdənsə xalqın dini inanclarının qapalı şəkildə olsa, qorunub saxlanılmasına şərait yaradılırdı. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində Qurban Ramazan bayramlarının keçirilməsinə heç bir əngəl yaradılmırdı. Dindarlar bu bayramları sovet rejimi şəraitində qeyri-rəsmi səviyyədə keçirir, dini ayinləri rahat icra edə bilirdilər.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Ramazan bayramı dövlət səviyyəsində qeyd olunur, ölkə rəhbəri xalqı təbrik edir. Prezidentin andiçmə mərasimlərində Azərbaycan Respublikası Konstitusiyası ilə yanaşı, müqəddəs Qurani-Kərimə əl basaraq dövlətə xalqa sədaqətlə xidmət edəcəyinə, milli-mənəvi, dini dəyərləri qoruyacağına and içməsi ölkəmizdə vicdan azadlığının ən ali səviyyədə təmin olunduğunu bir daha təsdiqləyir. Xalqımızın islami dəyərlərə bağlılığı dövlət rəmzlərində özünü təcəssüm etdirir. Respublikamızın üçrəngli bayrağında yaşıl rəngin islamçılıq rəmzi kimi yer alması da xalqımızın yüzilliklər boyu etiqad göstərdiyi dini dəyərlərə həssas münasibətinin ifadəsidir.

Milli Məclisdə qəbul olunmuşAzərbaycan Respublikasının bayramları haqqındaQanuna Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu qədim müqəddəs bayram dövlət səviyyəsində qeyd edilir, habelə Qurban Ramazan bayramları günü hesab edilmir. Bu, dövlətin vətəndaşların vicdan azadlığına necə yüksək həssaslıqla yanaşdığını bir daha təsdiqləyir.

1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir ölkə vətəndaşının vicdan azadlığı birmənalı təsbit edildi. Azərbaycanda din dövlətdən ayrı olsa da, ulu öndər cəmiyyətin saflaşmasında, insanların mənəvi kamilləşməsində İslamın müstəsna rolunu daim önə çəkir, müqəddəs kitabımız olan Qurani-Kərimin əxlaqi-tərbiyəvi əhəmiyyətini xüsusi qeyd edirdi. Ümummilli lider Heydər Əliyev vurğulayırdı ki, İslam dini ümumbəşəri mənəvi dəyərlərin mühüm tərkib hissələrindən biri olub Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü onun təkamülünün müəyyən mərhələsində meydana gələn planetar miqyaslı sosial, tarixi hadisə fenomendir.

Xalqlararası mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin milli mədəniyyətin dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti çağdaş dövrün reallıqları ilə şərtlənir. Dövlət başçısı hesab edir ki, müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda fantastik nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin mədəni dini-mənəvi irsə müəyyən təhlükə meyilləri özünü qabarıq göstərir.

Azərbaycan Prezidenti bu fikirdədir ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir. Ölkə rəhbəri total mədəniyyətin mütərəqqi cəhətlərinin mənimsənilməsi tərəfdarı kimi çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən milli dini dəyərlərin qorunmasını da vacib məsələ kimi önə çəkir.

Cənab İlham Əliyev tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən dini ziyarətgahların əsaslı təmiri yenidənqurulmasına da xüsusi qayğı göstərir. İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Ötən müddətdə Bibiheybət, Təzəpir, Nardaran, Mir Möhsün ağa digər məscid ziyarətgahlar əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır. Əjdər bəy məscidində əsaslı təmir yenidənqurmanın aparılması, Şamaxı Cümə məscidində böyük təmir-tikinti işlərinin görülməsi deyilənlərə əyani misaldır. Bütövlükdə, müstəqillik dövründə Azərbaycanda 2 minə yaxın məscid tikilmişdir. Son 11 il ərzində isə 140-a yaxın məscid inşa olunmuş, 80 məscid əsaslı təmir edilmişdir. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.

Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram mərasimlərdə iştirak etməsi xalq arasında böyük razılıq minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam qeyri-islam dini icmaları öz etiqadlarını azad sərbəst şəkildə icra edirlər.

İslami dəyərlərin qorunub saxlanılması Prezident İlham Əliyev siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycan Prezidentinin bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin təşkil etdiyi iftar mərasimində iştirakı dövlət başçısının milli-mənəvi dini dəyərlərə həssas münasibətini bir daha təcəssüm etdirdi. Azərbaycan Prezidenti İslam dininin ən əlamətdar bayramlarından olan Ramazanın dövlət səviyyəsində qeyd olunması üçün bütün zəruri tədbirləri həyata keçirir. Eyni zamanda, müsəlman ölkələrinin Bakıdakı səfirlərini qəbul edərək bayram münasibətilə onlara təbrikini, xoş arzu istəklərini çatdırır. Dövlət başçısının Ramazan bayramı münasibətilə xalqa təbriki bu baxımdan xüsusi diqqət çəkir: “Bu müqəddəs bayramın dövlət səviyyəsində qeyd edilməsi bizim multikultural tolerant prinsiplərə necə yüksək qiymət verməmizi nümayiş etdirir. Bu gün biz dünyaya bir daha qəlbimizdəki milli dəyərlərə sadiq olduğumuz qədər bəşəri dəyərləri yaşatdığımızı bəyan edirik. Dini, milli rəngarəngliyimizi mənəvi bütövlüyümüzün zənginliyi kimi qəbul edirik. Elə buna görə bu əziz gün münasibətilə hər bir vətəndaşımıza, ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq xoşbəxtlik, süfrələrinizə xeyir bərəkət arzulayıram”.

Bütün bunlar göstərir ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində İslama, onun ayrı-ayrı mübarək bayramlarına yüksək hörmət, ehtiram, etiqad mövcuddur. Cənab İlham Əliyev mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmlənməsinə çalışmaqla yanaşı, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirləri həyata keçirir. Xalqımız əmindir ki, bu siyasət daim davam etdiriləcək, insanları mərhəmət humanizmə, vətənpərvərliyə dəvət edən Ramazan bayramı milli həmrəyliyin kamil təcəssümü kimi daim dövlət səviyyəsində qeyd olunacaq.

 

Azərbaycan.- 2015.- 17 iyul.- S. 1.