Azərbaycanda brayl əlifbası ilə çap edilənQurani-Kərim”in təqdimatı olub

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) maliyyə dəstəyi ilə gözdən əlil insanlar üçün brayl əlifbası ilə çap edilmişQurani-Kərim”in iyulun 16-da təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, DQİDK-nın sədri Mübariz Qurbanlı tədbirdə çıxış edərək iştirakçıları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib. Qurani-Kərim”in artıq dünyanın digər dillərində brayl əlifbası ilə çap edildiyini deyən sədr onun Azərbaycan dillində ilk dəfə nəşr olunmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, mart ayından hazırlanmağa başlanan kitab 7 cilddə çap edilib. Bu kitabın ölkənin bütün bölgələrinə, gözdən əlil insanlar üçün xüsusi məktəblərə, kitabxanalara göndəriləcəyini deyən komitə sədri gələcəkdə digər kitabların, hədislərin da brayl əlifbası ilə çap olunacağını diqqətə çatdırıb.

M.Qurbanlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın önəmindən danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev, əmək əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, QMİ sədrinin müavini Fuad Nurullah, Milli Məclisin deputatları Siyavuş Novruzov, Fazil Mustafa digərləri brayl əlifbası ilə çap olunanQuranı-Kərim”in gözdən əlil insanlar üçün önəmindən söhbət açıblar. Ölkəmizdə əlillərə, o cümlədən gözdən əlillərə hərtərəfli diqqət qayğının göstərildiyi vurğulanıb.

Çıxış edənlər Azərbaycanda dövlət-din münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu bildirib, bunun vətəndaş həmrəyliyinə ictimai-siyasi həyatda uğurlara xidmət etdiyini diqqətə çatdırıblar. Ölkəmizdə tolerantlığın möhkəm təməl sütunlarının, zəngin ənənələrinin, dərin tarixi mədəni köklərinin olduğu vurğulanıb.

 

Azərbaycan.- 2015.- 17 iyul.- S. 3.