Azərbaycanı təsir altında saxlamaq yolverilməzdir

 

Prezident İlham Əliyev gələcək dövr üçün çox mühüm bir siyasətin mesajını verdi

 

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev Azərbaycana qarşı hər hansı təzyiqlərin göstərilməsi, ölkəmizə şər böhtan atılması məsələlərinə xüsusilə toxundu antiazərbaycançı şəbəkəyə daha bir sərt xəbərdarlıq etdi.

Dövlət başçısı ölkədə görülən işlərdən görüləcək tədbirlərdən söz açanda isə bildirdi ki, ilin sonuna qədər dərman vasitələrinin qiymətləri kəskin şəkildə aşağı düşməlidir. Viza məsələləri, sahibkarlara dövlət tərəfindən göstərilən qayğının daha da artırılması, bu kateqoriyadan olan insanların üzləşdikləri problemlərin təxirəsalınmadan həll edilməsi istiqamətində işlər sürətlənməlidir.

Bu məsələlərlə bağlı bir neçə deputatın fikrini öyrəndik.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komissiya sədri Siyavuş Novruzov:

- Bu gün Azərbaycan inkişaf etmiş ölkə, güclü dövlətdir. Xalqla iqtidarın birliyi mövcuddur heç bir təzyiqlə Azərbaycanı öz yolundan döndərmək olmaz. Məsələn, Almaniya Bundestaqında heç bir aidiyyəti olmayan ümumilikdə hüquqi əsası olmayan bir müzakirə aparıldı. Almaniya Bundestaqı öz ölkəsi haqqında hansısa qərar qəbul edə bilər. Amma Bundestaqa Almaniya çərçivəsindən kənar, digər ölkələr haqqında qərar qəbul etmək səlahiyyəti verilməyib. Bundestaqda hər hansı ölkənin məsələsinin müzakirə olunması çox gülünc vəziyyət yaradır. O cümlədən Avropa Şurasında çox ədalətsiz beynəlxalq hüquqa zidd olan qərarların qəbulunun şahidi olduq.

Azərbaycanın tutduğu yol var dövlətimiz hər bir ölkə ilə qarşılıqlı münasibət qurmaq istəyir. Əgər o dövlətlərdə səmimiyyət, ədalət, haqq varsa, qarşılıqlı münasibət qurulacaq. O ki qaldı təzyiqlər yolu ilə güzəştli şəkildə Azərbaycandan nəsə qoparmaq, yaxud hüquqazidd əməllər törətmiş insanların azadlığa buraxılmasını, yaxud məsuliyyətə cəlb olunmamasını arzu edirlərsə, belə şeyləri görməyəcəklər.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov:

- Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında çox ciddi mesajlar verdi. Yəqin ki, bu mesajlardan sonra mühüm dəyişikliklər olacaq. Dövlət başçısı ayrı-ayrı qurumların sahibkarların işinə müdaxiləsi ilə bağlı çox sərt fikirlər səsləndirdi. Azərbaycanda hər zaman sahibkarlığın inkişafına böyük diqqət yetirilir. Sahibkarlığa Kömək Fondunun yaradılması ilə sahibkarlığın inkişafı üçün il ərzində təxminən 250-300 milyon manatlarla kreditlər verilir. Bunun müqabilində sahibkarların əsas vəzifəsi xidmətini yüksək keyfiyyətlə yerinə yetirmək, məhsul istehsal etmək, dövlətin onun qarşısında qoyduğu tələblərə riayət etməkdən ibarətdir. Yəni vergini vaxtında ödəməlidir. Amma onların işinə müdaxilələr yolverilməzdir.

Fikrimcə, dövlət başçısının söylədiyi tənqidindən sonra aidiyyəti qurumlar nəticə çıxaracaqlar. Prezidentin dərman preparatlarının qiyməti ilə bağlı söylədiklərinə gəldikdə deyə bilərəm ki, bu məsələ bir neçə dəfə parlamentdə qaldırılıb. Cənab Prezidentin qeyd etdiyi kimi, dərmanların qiymətlərinin yuxarı həddi müəyyən edilməli əhali bu qiymətlər barədə məlumatlandırılmalıdırlar. Bu sahədə ciddi addımlar atmağa ehtiyac var. Ölkənin birinci şəxsi haqlı iradlar bildirirsə, demək, mütləq dönüş olacaq.

Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə:

- Prezident İlham Əliyevin çıxışı çox vacib açıqlamalar ilə yadda qaldı. Dövlət başçısı ölkəmizə qarşı aparılan çirkin kampaniyalardan söz açaraq bunun haradan qaynaqlandığına aydınlıq gətirdi haqlı suallar səsləndirdi.

Antiazərbaycançı şəbəkənin daim dövlətimizə qarşı apardığı kampaniyanın, Azərbaycan əleyhinə qəbul edilən qərəzli qətnamələrin heç bir təsir mexanizmi olmayıb. Prezident bu məsələyə xüsusi olaraq toxunaraq deyib ki, dövlətin siyasəti Azərbaycan maraqları üzərində qurulub. Heç bir kənar qüvvə bu siyasətə təsir edə bilməz. Dövlət başçısı vurğuladı ki, bizə qarşı çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə demək mümkündürsə, ondan sonra bir az səngiyir. Ancaq bu, daimi bir kampaniyadır, səbəbləri aydındır. İlk növbədə, dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub. Xüsusilə bu, Qərb siyasətçilərinə aiddir. Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər.

Bəzi beynəlxalq təşkilatların daim Azərbaycanın əleyhinə qəbul etdiyi qətnamələr dövlət başçısının söylədiyi kimi, kağız parçasıdır. Ona görə heç kim onları heç vaxt icra etməyəcək. Azərbaycanla diktat dili ilə danışmaq olmaz.

Prezidentin sahibkarlara dövlət qayğısının daha da artırılması, bəzi problemlərin aradan qaldırılması, eləcə dərman preparatlarının qiymətlərinin tənzimlənməsi ilə bağlı söylədiyi fikirlərə gəlincə isə, deyə bilərəm ki, son 12 ildə Azərbaycanda infrastruktur quruculuğuna böyük investisiyalar, xərclər qoyulub. Bu gün o siyasət davam etdirilməkdədir. Ancaq bəzi məsələlərin həlli öz əksini tapmadığı üçün dövlət başçısının iradları yerində vaxtında səsləndi. Hesab edirəm ki, cənab Prezident qarşıdakı dövr üçün mühüm bir siyasətin siqnallarını verdi. Ölkə ictimaiyyətini narahat edən bütün məsələlər aidiyyəti qurumlar tərəfindən araşdırılmalı tez bir zamanda həllini tapmalıdır.

Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə:

- Prezident İlham Əliyev tam həqiqəti əks etdirib. Azərbaycan müstəqil ölkə kimi heç kəsin hökmranlığını, böyük qardaşlığını qəbul etməyəcək. Azərbaycan ikitərəfli, çoxşaxəli əməkdaşlığın tərəfdarıdır. Azərbaycan mədəniyyət, təhsil, iqtisadi sahədə Avropa ölkələri ilə ikitərəfli əməkdaşlıq edir. Lakin yeniböyük qardaşkimi, erməni lobbisinin təsiri ilə hansısa təzyiqlər, hansısa təsiretmə mexanizmləri Azərbaycanda işləməyəcək. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan qarşılıqlı dostluğun, əməkdaşlığın tərəfdarıdır. Lakin Azərbaycan heç bir ölkənin, birliyin təsiri ilə öz siyasətinə dəyişiklik etməyəcək. Bu cür oyunlarla Azərbaycanı təsir altında saxlamaq yolverilməzdir.

Nəinki indi Azərbaycan əleyhinə siyasət aparılır, “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycana qarşı informasiya, ideoloji müharibə başlamışdılar. Bu, əslində, tək Azərbaycana deyil, Avropanın maraqlarına, dəyərlərinə ziddir. Azərbaycan Avropaya inteqrasiyanı öz maraqları çərçivəsində görür. Söhbət mədəni inteqrasiya, iqtisadi əməkdaşlıq, birgə vahid təhsil sistemindən gedir. Yəni Azərbaycana zəruri olan istiqamətlərdə biz əməkdaşlığa fikir verəcəyik. Ölkəmizə hansısa təzyiqlər, təsirlər, “böyük qardaşsiyasəti keçməyəcək.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2015.- 17 iyul.- S. 3.