Azərbaycanın xarici işlər naziri ADA Universitetində yay məktəbinin iştirakçıları üçün mühazirə oxuyub

 

Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universiteti tərəfindən təşkil olunan enerji məsələləri üzrə 9-cu Bakı yay məktəbinin iştirakçıları üçün Azərbaycanın xarici siyasəti enerji siyasəti mövzusunda mühazirə ilə çıxış edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir ölkəmizin xüsusilə son on il ərzində siyasi, iqtisadi, sosial digər sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri, ikitərəfli çoxtərəfli əsasda dünya birliyi ilə əlaqələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ərazimizin 20 faizinin işğal edilməsi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında məlumat verib. O, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində mövcudluğunun münaqişənin həlli prosesində başlıca maneə olduğunu deyib. Əlavə edib ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistan silahlı qüvvələri zəbt etdiyi bütün Azərbaycan ərazilərindən çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin işğalçı qüvvələrin zəbt etdiyi Azərbaycan ərazilərindən dərhal, tam qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini diqqətə çatdıran nazir vurğulayıb ki, bu mövqeni ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı digər beynəlxalq təşkilatlar da dəstəkləyir. Bu xüsusda, Avropa İnsan Hüquqları MəhkəməsininÇıraqov digərləri Ermənistana qarşıişi üzrə qəbul etdiyi qərarda Ermənistanın işğalçı tərəf kimi bir daha tanındığı qeyd edilib.

Elmar Məmmədyarov Azərbaycanın nəqliyyat enerji strategiyasının inkişafından danışaraq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Trans-Anadolu Trans-Adriatik qaz boru kəmərlərinin əhəmiyyətini diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın zəngin milli təcrübə əsasında qlobal səviyyədə mədəniyyətlər dinlər arasında dialoq prosesinə töhfə verdiyini qeyd edib.

Sonra nazir mühazirə iştirakçılarının suallarını cavablandırıb.

 

Azərbaycan.- 2015.- 17 iyul.- S. 4.