İstiqlala qovuşduran mətbuatımız

 

Azərbaycan milli dövlətçiliyinin qurulmasında, ənənələrinin bərpasında mətbuatımızın əvəzedilməz rolu xüsusi qeyd olunmalıdır. Milli şuur, milli mənlik, milli məfkurə mətbuat səhifələrindən yayılır təkmilləşirdi.Əkinçi”nin cücərtiləri XX yüzilin əvvəllərində qol-budaq atırdı. Azərbaycan ziyalısınınqələm əhliolan bütün nümayəndələri mətbuat vasitəsilə sözünü deyir, xalqı maarifləndirir, gələcək tərəqqi yollarını araşdırır, müzakirələr açır, əqidə mübarizəsi aparırdılar. Açıq siyasi mübarizənin mümkün imkanlarından Azərbaycan milli mətbuatı bəhrələnirdi.

Millətə aid siyasi mətləblərin milli mətbuat milli məktəbdən uzağa getmədiyi (M.Ə.Rəsulzadə) bir zamanda onun fəaliyyəti milli məfkurənin formalaşmasında aparıcı rol oynadı. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, dövlət xadimləri, ən əsası ideoloqları milli mətbuatımızı təməlləşdirən mütəfəkkirlər idi. İstiqlalçılıq, dövlətçik, cümhuriyyətçilik fikrən milli mətbuatımızda təbliğ olunurdu. Azərbaycan Xalq Cümhuriyyəti məhz mətbuat dinamikasında siyasiləşən, proqramlaşan ideyanın gerçəkləşməsi oldu.Əkinçi”dən qidalananZiya”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Füyuzat”, “Tərəqqi”, “Kaspi”, “İqbal”, “Açıq söz”, “Dirilik”, “Təkamül digər mətbuat orqanları ilə cilalanan milli məfkurənin əməli təntənəsi oldu Azərbaycan Xalq Cümhuriyyəti. Cümhuriyyətin banilərindən Məhəmməd Əmin Rəsulzadə siyasi mübarizəsiniŞərqi-Rus”, “Hümmət”, “Təkamül”, “Dirilik”, “Açıq-söz”də xalqına anladırdı ardınca səsləyirdi. Əlimərdan bəy Topçubaşovun redaktorluğu dövründəKaspi”nin məzmunu, siması dəyişdi. İsmayıl bəy Qaspıralı Həsən bəy Zərdabi düşüncəsinə kökləndi. Həsən bəy Ağayev Gəncədə çıxanYujnı Kafkazqəzetinin redaktoru oldu, maarifçilik ideyalarını yaydı. Nəsib bəy Yusifbəyli QaspıralınınTərcümanqəzetində əməkdaşlıq etdi, M.Ə.Rəsulzadə ilə tanışlığı daAçıq sözqəzeti redaksiyasında baş verdi. Milli kimliyimizin düsturunu yazanlar Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə mütləqiyyət caynağından qopan ilkin fürsətdə mətbuatımızınağır artilleriyasıoldular.

Azərbaycan Xalq Cümhuriyyəti mətbuatının həqiqi sələfləri sırasındaİqbalqəzetinin xüsusi çəkisi vardır. Gələcək Azərbaycan Cümhuriyyətinin ictimai-siyasi məramlarının ilk dəfə konsepsiya şəklində məhzİqbalqəzeti tərəfindən təbliğ edildiyi hesab olunur. Həmİqbal”, həm Dirilikqəzetlərinin əsas müəllifləri Azərbaycan milli hərəkatına başçılıq edənMüsavatpartiyasının orqanı olanAçıq sözqəzetinin rəhbərləri yazarları idilər.

Azərbaycan Cümhuriyyəti bəyan ediləndə milli dövlətin mətbuatı artıq zəngin, ciddi, peşəkar təcrübəyə malik idi. Təqib təzyiqlər altında yaydığı fikirləri indi açıq şəkildə daha ucadan deyə bilərdilər. Həm dövlətin dəstəyi, himayəsi sayəsində milli mətbuat yeni inkişaf mərhələsinə daxil olurdu.

Azərbaycan hakimiyyətinin ən gərgin günlərində, Tiflisdən Gəncəyə köçdükdə yaşanan hökumət böhranı dövlətçiliyi zərbə altına aldığı şəraitdən yenicə çıxmış ikinci kabinet rəsmi mətbu orqanının nəşrinə qərar verdi. 1918-ci il iyunun 25-də hökumət qəzetinin nəşrinə dair verilmiş qərarda həmin orqanın smetasını tərtib edib hökumətin təsdiqinə vermək Gəncədəki mətbəəni həmin nəşr üçün hazırlamaq tapşırılırdı. Tiflisdə mətbəə ləvazimatı almaq da nəzərdə tutulmuşdu. Bir həftədən sonraAzərbaycan hökumətinin xəbərləri”nin nəşri haqqında qərar verildi. Həmin nəşrin avadanlıqlaşdırılması ərzaq nazirinə həvalə olunurdu.Hökumət xəbərləri”nin nəşrinə rəhbərlik isə 27 iyul tarixli qərarla xalq maarifi nazirinə tapşırılırdı.

Azərbaycan milli mətbuatı ilk dəfə idi ki, dövlət səviyyəsinə qaldırılırdı. Azərbaycan dövlət mətbuatının yaradılmasına imza atılırdı. Azərbaycan hökumətinin orqanı daAzərbaycanadını daşıdı. Qəzetin ilk nömrəsi çox əlamətdar günə təsadüf etmişdi. Bakının Azərbaycan Cümhuriyyəti hakimiyyəti altına keçdiyi gün, Bakının qurtuluş gününə həsr olunmuş təbrik teleqramları ilə rövnəqlənən ilk nömrədən başlayaraqAzərbaycanqəzeti 1920-ci il aprelin 28-nə, yəni cümhuriyyətin süqutuna qədər 443 nömrədə işıq üzü görmüşdür. Bakıda Azərbaycan dilində nəşr olunan 5-ci nömrəsindən etibarən qəzetin adı altındaGündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsidirsözləri yazılmışdır. Mühərrirləri məşhur ictimai, siyasi, mədəniyyət xadimləri kimi tariximizdə möhtəşəm yer tutmuş Ceyhun bəy Üzeyir bəy Hacıbəyli qardaşları, Şəfi bəy Rüstəmbəyli olmuşlar. Tanınmış publisist Xəlil İbrahimin qəzetin nəşrinə rəhbərlik etdiyi dövr bəllidir. Qəzetin səhifələrində Azərbaycan tarixinə, mədəniyyətinə, siyasi durumuna, təhsilinə dair tanınmış imza müəlliflərinin silsilə yazıları dərc olunurdu. Milli müqəddəratımızda önəmli iz qoymuşAzərbaycanqəzeti 1918-1920-ci illərdə xalqımızın tarixi, ictimai-siyasi həyatını öyrənmək üçün sanballı məxəzdir. Qəzetə dövlət himayəçiliyi yönündə növbəti addım 1920-ci il yanvarın 30-da atıldı. Azərbaycanqəzeti redaksiyası qəzetin mətbəəsi hökumətin işlər idarəsinin sərəncamına verildi.

Ermənistanın mütəmadi təcavüzünün, Qarabağda separatçılıq hərəkatının qarşısını almaq məqsədilə yaradılmış Qarabağ general-qubernatorluğuna da öz ehtiyacları üçün mətbəə əldə etmək qəzet nəşr etmək icazəsi verilmişdir.

Azərbaycan hökuməti yalnız rəsmi dövlət nəşrləri üçün şərait yaratmırdı. Çar mütləqiyyətinin ciddi senzurasını görmüş dövlət xadimləri mətbuat azadlığını təmin etməyi başlıca vəzifələrdən biri sayırdılar. Üçrəngli dövlət bayrağının təsdiq edildiyi gün hökumət sərəncamı ilə mətbuat kütləvi informasiya vasitələrinin məzmunu, nəşri yayılması üzərində dövlət nəzarəti ləğv olunmuşdur. Bir il sonra parlamentin qəbul etdiyiMətbuat haqqında nizamnaməmətbuat azadlığı yönündə daha mütərəqqi imkanlar açırdı: “Mətbuat, litoqrafiya buna bənzər müəssisələrin açılması üçün, habelə çap məhsulunun nəşri satılması üçün hökumət idarələrinin heç bir icazəsi tələb olunmur”. Yaradılmış imkanlardan bəhrələnən naşirlər, publisistlər, demək olar ki, cəmiyyətin bütün təbəqələrinin maraqlarını əks etdirən mətbuat orqanlarında fəaliyyət göstərirdilər. Təsadüfi deyil ki, Nəriman Nərimanov cümhuriyyətin devrilməsindən bir neçə ay öncə Azərbaycandakı vəziyyət barədə Moskvada məlumat verərkənhər istiqamətdə qəzet nəşrini, mətbuat azadlığınıxüsusi vurğulamışdır.

Cümhuriyyət dönəmində milli mətbuatın ixtisaslaşmış orqanları geniş fəaliyyət göstərirdi: “İstiqlal”, “Gənclər yurdu”, “Əfkari-mütəllimin”, “Mədəniyyət”, “Övraqi-nəfisə”, “Şeypur”, “Zənbur s. Bu milli mətbuat orqanları milli dirçəliş ocaqları idi. Ədəbi-mədəni mühiti yaradan, yönəldən, milliləşdirən, milli ruhlu yeni nəsil yetişdirən, istiqlala dayaq olan, cəmiyyəti müasirləşdirən, demokratikləşdirən mətbuat bayraqdarları idilər.

Azərbaycan hakimiyyətinə müxalif mövqeli, sərt məzmunlu mətbuat nümunələri az deyildi. Əsasən rus dilində nəşr edilən həmin mətbuatın hədəfi milli dövlətçiliyi məhv etmək idi. Cümhuriyyət hakimiyyəti devrilsə , milli istiqlal ideyalarının daşıyıcısı olmuş mətbuat orqanları bağlansa da, onları ərsəyə gətirmiş onlarla milli mütəfəkkirimiz cismən-ruhən məhv edilsə , ənənələr ölmədi. Azərbaycan milli mətbuatının zəngin bünövrəsi sarsılmadı.Bir damla azadlıq damızdırmış” (M.Ə.Rəsulzadə) hakimiyyətin mənəvi dirçəlişi 70 il sonra gerçəkləşdi. Rəmzi adlı nəşrlər işıq üzü görməyə başladı. Azərbaycanadı yenidən rəsmi qəzet statusu qazandı, bir əsrə çatan keçmişindən güc aldı. Ulusundan güc alanın qələmi təpərli olur.

Milli mətbuat adlarının bərpası 140 illik yolda bir nəşrin, bir jurnalın salnaməsi deyil. Müstəqillikdən istiqlala qovuşmağın keşməkeşli, amma şərəfli tarixidir. Milli mətbuatımız bu tarixin təkcə yol yoldaşı olmadı, bu tarixi yaratdı, ona mübarizlik ruhu verdi, müstəqil dövlətçiliyin bərpasına qovuşdurdu. Çağdaş milli mətbuatımız təməli, ənənəsi fəxarət doğuran bir məktəbin yetirməsidir. Peşəkarlıq prinsiplərini yüksək tutan sanballı jurnalistlər ordusuna Şeyx Xiyabani öyüdünü yada salmaq yersiz olmaz: “Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır. Müstəqil olmayan bir xalqın əzmi hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik şücaətidir”. Xalqımızın əxlaqi fəzilətinin heysiyyəti qayğısına qalmaq isə milli mətbuatımızın ümdə vəzifələrindən olmalıdır ki, onun da öhdəsindən layiqincə gəlmək potensialımız yetərincədir.

 

Firdovsiyyə ƏHMƏDOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, əməkdar müəllim

 

Azərbaycan.- 2015.- 17 iyul.- S. 5.