Şərəfli ömür yolu

 

Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə siyasi tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor, məşhur “91”lərdən olan mərhum Səfyar Bəylər oğlu Musayev 1935-ci il iyul ayının 17-də tarixən qədim Azərbaycan torpağı olan İrəvan quberniyasının Yeni Bayazid qəzasının Basarkeçər rayonunun Nərimanlı (Hüseynqulu Ağalı) kəndində dünyaya göz açmışdır.

S.Musayev 1953-cü ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş 1958-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa çatdırmışdır. Bir müddət Basarkeçər rayonunun Çaxırlı kənd orta məktəbində müəllim Sovet Ermənistanıqəzetinin müxbiri işləmişdir.

Elmə olan böyük marağı S.Musayevi 1962-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına gətirib çıxarmış, 1965-ci ildə tarix elmləri namizədi, 1980-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsinə, 1981-ci ildə isə professor adına layiq görülmüşdür.

1986-cı ildə BDU-nun Humanitar fakültələr üzrə siyasi tarix kafedrasının müdiri seçilmiş ömrünün son günlərinə kimi bu vəzifədə çalışmışdır.

Professor Səfyar Musayev çox gərgin, səmərəli məhsuldar işləyən görkəmli tədqiqatçı alim idi. O, tarixin başlıca elmi istiqamətlərindən hesab edilən siyasi tarix sahəsində geniş araşdırmalar aparan, onu dəqiq fakt sənədlərlə zənginləşdirən, yeni elmi məktəb yaradan alimlərdən idi. Tədqiqatçının ictimai-siyasi hərəkatlar partiyalar, ölkəmizin iqtisadi, tarixi mədəni problemlərini elmi cəhətdən işıqlandıran monoqrafiyaları, məqalələri, müəllifi redaktoru olduğu kitablar, dərsliklər indi öz aktuallığını saxlamaqdadır. O, 400-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiya 10 kitabın müəllifidir. Rəhbərliyi altında 30-a qədər namizədlik dissertasiyası müdafiə olunmuşdur. Almaniya, Avstriya, Türkiyə, İran, Çin, Çexiya, Kipr b. ölkələrdə siyasi tarixin tədrisi, türkdilli xalqları düşündürən problemlərlə bağlı simpoziumlarda, konfranslarda maraqlı məruzələr etmişdir.

Görkəmli alim ömrünün 40 ilindən çoxunu BDU-da keçirmişdir. O, bu müddət ərzində universitetin ictimai-siyasi elmi həyatında mühüm xidmətlər göstərmişdir. Səfyar müəllimin rəhbərliyi altında ilk dəfə BDU-da Siyasi tarix kafedrası yaradılmış səmərəli fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə 1991-ci ildə respublikamızda ilk dəfə olaraq ali məktəb tələbələri üçün fundamental xarakterliSiyasi tarixdərsliyi çap edilmişdir. 1998-ci ildə işıq üzü görən bu dərsliyin ikinci cildi respublikanın təhsil sistemində siyasi fənlərin tədrisində yaranan boşluğun aradan qaldırılmasında mühüm hadisə olmuşdur.

Görkəmli alim Səfyar Musayev təkcə müəllimlik fəaliyyəti ilə kifayətlənməmiş, respublikanın ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Onun həyatı fəaliyyəti Azərbaycanın müstəqilliyi, suverenliyi ərazi bütövlüyü uğrunda gedən ictimai-siyasi proseslərlə sıx bağlı idi. 1980-ci illərin axırları - 1990-cı illərin əvvəllərində Azərbaycanın bir dövlət kimi tarix səhnəsindən silinib getmək təhlükəsi yarandığı dövrdə Səfyar Musayev universitetin bir qrup müəllimi ilə birlikdə mübarizəyə qalxdı. O, 1992-ci il oktyabrın 16-da “Səsqəzetində dərc etdirdiyiMən niyə əliyevçiyəmməqaləsində Heydər Əliyevin tarixi xidmətlərini qeyd etməklə belə bir nəticəyə gəlirdi ki, Azərbaycanı düşmüş olduğu bu bəladan yalnız yalnız Heydər Əliyev xilas edə bilər.

Həmin illərdə mərhum professor Səfyar Musayevin ictimai-siyasi xadim Murtuz Ələsgərov Əli Əhmədovun rəhbərliyi ilə Azərbaycanda ilk dəfə məhz BDU-nun Humanitar fakültələr üzrə siyasi tarix kafedrasındaHeydər Əliyevin müdafiəsi mərkəziyaradılmış ulu öndərin sədrliyi ilə Azərbaycanda yeni bir partiya təsis edilməsi ideyası ortaya çıxmışdı. YAP 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edildikdən sonra mərhum Səfyar Musayevin rəhbərliyi ilə Azərbaycanda birinci olaraq çalışdığı kafedrada 17 nəfərin iştirakı ilə YAP-ın ilk təşkilatı yaradıldı. Xalqımızın böyük rəhbəri Heydər Əliyevin xidmətlərini fəaliyyətini dəstəkləmək istiqamətində Səfyar Musayevin apardığı çoxşaxəli siyasi , Heydər Əliyevlə respublikamızın digər rəhbərləri ilə qurulan əlaqələr, ulu öndərin məktəbini keçən Səfyar Musayev resublikamızda artıq görkəmli ictimai-siyasi xadimə çevrilmişdi. Xalqımız onu 1995-ci il noyabrın 12-də 74 saylı Goranboy-Naftalan seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçmiş, Milli Məclis isə onu İnsan hüquqları daimi komissiyasının, daha sonra isə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasında Sosial siyasət insan hüquqları daimi komissiyasının sədri təyin etmişdi. O, hər iki məsul vəzifənin öhdəsindən bacarıqla gəlmişdi. Səfyar Musayev Azərbaycanın 1995-ci il 12 noyabrında qəbul olunan ilk Konstitusiyasını hazırlayan komissiyanın üzvü olmuşdur.

Professor Səfyar Musayev zəngin elmi-pedaqoji irs qoyub getmişdir. O, istedadlı alim, bacarıqlı təşkilatçı olmaqla bərabər, ustad pedaqoq idi. Elmi-pedaqoji fəaliyyəti dövründə özünə qarşı həmişə tələbkar olmuş, mühazirə seminarlarında dövrün elmi nailiyyətlərindən məharətlə istifadə etmiş, müəllim ləyaqətini həmişə uca tutmuşdur.

Görkəmli elm xadimi hər kəsə, o cümlədən rəhbərlik etdiyi kollektivin bütün üzvlərinə münasibətdə səmimi, nəzakətli mehriban idi. Onlara daim qayğı göstərirdi, xeyirxahlıq onun amalı idi. S.Musayev görkəmli alim olmaqla yanaşı, həm humanist alicənab insan idi. Səfyar müəllim səriştəli təşkilatçı, bacarıqlı siyasətçi, işgüzar prinsipial şəxsiyyət kimi tanınırdı. O, ədalətsizliyə haqsızlığa qarşı barışmaz mübariz, adamları tanımaq onların qəlbinə yol tapmaq, insanları özünə cəlb etmək kimi yüksək keyfiyyətlərə malik idi.

Mərhum professorun amalı hər yerdə qanunun aliliyini qorumaq, qanun qarşısında hamının bərabərlik prinsipini müdafiə etmək idi. Səfyar müəllimin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, onu göz bəbəyi kimi qorumaq, erməni işgalçıları tərəfindən zəbt olunmuş ərazilərimizin azad edilməsi, milyondan çox qaçqının öz yurdlarına qayıtmasına nail olmaq idi.

Səfyar Musayev böyük bir ailənin başçısı idi. Mehriban qabiliyyətli övladlar tərbiyə etmişdir. Bu ailə xalqımızın zəngin adət-ənənələrini özündə cəmləşdirən örnək ola biləcək əsl azərbaycanlı ailəsidir.

Görkəmli alim Səfyar Musayevin şərəfli ömür yolu gəncliyə örnəkdir. O, bacarıqlı elm xadimi təşkilatçı olmaqla yanaşı, həm yüksək elmi əxlaqa malik ziyalı idi.

 

İsgəndər QULİYEV,

BDU-nun dosenti

 

Azərbaycan.- 2015.- 17   iyul.- S.6.