Göygölə gəl, Göygölə

 

İlin gözəl çağıdır. Dağları, dərələri bürüyən yaşıllıqlar göz oxşayır. İstirahət, məzuniyyətlər dövrü başlanıb. Kəpəzin ətəyində yerləşən səfalı Göygöl-Hacıkənd bölgəsinə turist axını çoxalıb. Bu yerlərin təbiəti gözəl, havası mülayim, iqlimi sağlam, suları dupdurudur. Bir sözlə, əsl yaylaq, istirahət yeridir.

İlk vaxtlarda burada 6 küçə salınıb, məktəb, uşaq bağçası, musiqi məktəbi üçün binalar tikilib. Sonra üzüm bağları salındı, konyak şərab istehsalına başlanıldı. Bu yerlərin məhsulları dünyanın bir sıra ölkələrində tanınır, qızıl-gümüş medallar alırdı. Bu səfalı guşəyə, bu əsrarəngiz təbiət incisinə meyil, maraq günü-gündən artırdı.

1874-1887-ci illərdə o vaxtı Xərək adlanan sahədə - Yuxarı Hacıkənddə dövlət xətti ilə 19 ev tikilərək Bakılı küçəsi salındı. Aşağı Hacıkənddə isə gəncəlilər özlərinə yaylaq evləri düzəltdilər. Beləliklə, Hacıkənd mədəni istirahət zonasına çevrildi. Özü bura tək Gəncədən yox, respublikanın hər yerindən imkanlı ailələr gələrdilər.

1928-ci ildə dağların qoynundaZurgestelektrik stansiyası tikildi. O vaxtlar adı dillərdə gəzənZurgestətraf kəndləri işıqla, elektrik enerjisi ilə təmin edirdi.1925-ci ildə Göygöl dövlət təbiət qoruğu yaradıldı. Sonralar - 2008-ci ildə həmin qoruğun bazasında Göygöl Milli Parkı təşkil olundu. 1930-cu ilin avqust ayında bu yerlərdə müstəqil rayon yaradıldı. Əvvəl Nərimanov adı ilə, sonra Xanlar rayonu kimi tanınırdı.1992-ci ilin fevral ayında rayonun ərazisinin bir hissəsində Samux rayonu yaradıldı. 2008-ci ilin mayın 7-də Xanlara Göygöl adı verildi.

Son illərdə dövlətin qayğısı köməyi ilə Göygöl tamamilə yenidən qurularaq, tanınmaz olub. Səfalı guşədə Olimpiya İdman Kompleksi ucaldılıb, Heydər Əliyev Mərkəzi, Gənclər sarayı, Bayraq meydanı tikilib. Heydər Parkı yaradılıb. İşıq, qaz, su problemləri həll olunub. Neçə yerdə inzibati binalar, fərdi evlər, sosial obyektlər tikilib. Küçələr abadlaşıb, səkilər salınıb. Yeddi yüz binanın dam örtüyü dəyişilib. Fasadları müasir üslubda təmir olunub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq ən ucqar qəsəbə kəndlərə rahat yollar çəkilib, körpülər təmir olunub. İstirahət, əyləncə yerləri düzəldilib.

Rayon üzrə turistlərə xidmət üçünLotoshoteli, “Cənnət Məkan”, “Yelenendorf”, “Koroğlu”, “Ağrı dağı”, “Bərəkət”, Quşqaraistirahət mərkəzləri fəaliyyət göstərir.

Bütün bunlar heç şübhəsiz, turizmin inkişafına güclü təkan verir. Göygöl Mədəniyyət Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətova bildirdi ki, keçən il rayona yaxın-uzaq ellərdən 26 min turist gəlib. Cari ilin bir neçə ayı ərzində gələnlərin sayı daha da artıb. Bu dəyərli işin sistemli surətdə təşkili üçün beş turist marşrutu müəyyən edilmişdir: Aşağı Hacıkənd-Göygöl, Topalhəsənli-Zurnabad-Şəhriyar, Köçkü-Üçbulaq, Quşqara-Balçılı. Rayon mərkəzində qonaqların qəbulu üçün hər şərait yaradılıb. Rayon üzrə 31 yerli əhəmiyyətli abidə qeydə alınıb. Tarix mədəniyyət abidələrinin qorunması haqqındaqanuna müvafiq olaraq turist marşrutları üzrə məlumat lövhələri vurulub. İstirahət yerləri düzəldilib. Abidələrin üzərində tarixlərini əks etdirən lövhələr var.

Göygöl rayonu ərazisindən Gəncə Qoşqar çayları axır. Ona görə hələ neçə yüz il bundan əvvəl bir neçə yerdə tağlı körpülər salınmışdı. XII əsrin yadigarı olan körpüyə maraq daha çoxdur. Zurnabad kəndindəki Qala abidəsi, Quşqaradakı türbə Çaykənddəki Anaid məbədi turistlərin diqqətini çox cəlb edir. Çaykənddəki müqəddəs Məryəm kilsəsi, Gəncə çayı üzərində yerləşən İki Tağlı körpü Dozular kəndindəki Kürəkçay körpüsü, Quşqara, Balçılı Çaylı kəndlərindəki nekropollar son tunc ilk dəmir dövründən xəbər verir.

Bu yerlərdə hələ tarixi, taleyi bəlli olmayan abidələr az deyil. Bir neçə il bundan əvvəl Namaz Quliyev Qırıxlı-Balçılı bölgəsinə su çəkdirib. Özü xeyli uzaqdan, 8-10 kilometr məsafədən. Onun izi ilə Molla Asman sahəsinə getdik. Dağların ətəyində qədim bir kəhriz! Dağların başında isə neçə gözlü, neçə dayaqlı Qız qalası qərar tutub.

Qala yığcam bir şəhərciyə oxşayır. Dörd-beş qala qalaça bir-birinə söykənib, dayaq olub. Daxili yollar, dairəvi sal divarlar dağların başında əzəmətlə ucalır! Öndə geniş vadi, Balçılı kəndi, bir az da qabaqda qədim Gəncə aydın görünür.

Qalanın arxasında isə əzəmətli dağlar, dərələr, yollar, döngələr qıvrıla-qıvrıla göz işlədikcə uzanıb gedir. Orda-burda xaraba yerlər gözə dəyir. Təpələrin arxasından uçuq barılarboylanır”. Ortalıqda isə dupduru kəhriz suyu axır.

Bir sözlə, bu cür sirli-sehrli təbiəti, tarixi taleyi ilə zəngin olan Göygöl-Hacıkənd bölgəsinə gələn hər kəs zəngin təəssüratla, xoş xatirələrlə qayıdır.

 

Əhməd İSAYEV,

 

Azərbaycan.- 2015.- 17 iyul.- S. 10.