Mərkəzi Seçki Komissiyasının sədri Avstriyada seçkilər mövzusunda seminarda iştirak edib

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyanada seçkilər mövzusunda keçirilən seminarda iştirak edib.

ATƏT-in hazırkı sədrliyi Demokratik Təsisatlar İnsan Hüquqları Bürosu tərəfindən birgə təşkil edilən, seçki idarəetmə qurumlarının beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı seminar seçkilərlə bağlı müxtəlif məsələlərin ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub. Ümumi bərabər seçki hüququ seçkilərin müşahidəsi seminarda müzakirəyə çıxarılan əsas mövzular sırasında olub.

Səfər ATƏT-in Demokratik Təsisatlar İnsan Hüquqları Bürosunun direktoru Mixael Linkin dəvəti ilə baş tutub. Məzahir Pənahovun səfər çərçivəsində Mixael Link ilə görüşündə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

MSK sədri müxtəlif ölkələrin seçki idarəetmə qurumlarının beynəlxalq təşkilatların rəhbərləri ilə, digər rəsmi şəxslərlə görüşlər keçirib, qurumlararası əlaqələr s. məsələlər müzakirə olunub.

 

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.- 2015.- 22 iyul.- S. 7.