Azərbaycanın Xarici İşlər
Nazirliyi Türkiyədə
törədilən terror aktını
pisləyən açıqlama
yayıb
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Türkiyədə törədilmiş terror aktını pisləyən açıqlama yayıb.
Açıqlamada deyilir: “Biz Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.
Terrorizmdən əziyyət çəkən dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”.
AZƏRTAC
Azərbaycan.- 2015.- 22 iyul.- S. 7.