MDB İcraiyyə Komitəsinin sədri -icraçı katib Sergey Lebedev 47-ci Beynəlxalq Kimya Olimpiadasına təbrik məktubu göndərib

 

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Bakıda 47-ci Beynəlxalq Kimya Olimpiadasının başlanması münasibətilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Olimpiadanın Təşkilat Komitəsinin sədri, professor Nərgiz Paşayevaya təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, icraçı katib məktubda olimpiadanı vacib beynəlxalq hadisə kimi qiymətləndirib: “Beynəlxalq Kimya Olimpiadası dünyanın 80-dək ölkəsindən 300 ən yaxşı gənc kimyaçı, elmi müşahidəçi qonaqların iştirak etdikləri önəmli beynəlxalq hadisədir. Kimya sektoru müasir dünyada sənayenin sabit uzunmüddətli inkişafı baxımından ən prioritet sahələrdən biridir. Kimya ölkə iqtisadiyyatında struktur dəyişikliklərinə, onun yüksəlişi milli rəqabətədavamlılıq səviyyəsinə ciddi təsir göstərir”.

S.Lebedev qeyd edib ki, MDB-nin üzv ölkələri kimya sənayesində çox böyük potensiala malikdir. İndiki dövrdə bu dövlətlər arasında kimyanın müxtəlif sektorlarının inkişafı onların modernləşdirilməsi proqramları, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması məsələləri kifayət qədər aktualdır: “Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin bazasında keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Türkmənistan, Özbəkistan Ukrayna məktəblilərinin fəal iştirakı MDB dövlətlərinin kimya sahəsinə böyük marağını təsdiq edir”.

MDB İcraiyyə Komitəsinin sədri Beynəlxalq Kimya Olimpiadasının iştirakçılarına yeni dostlar qazanmağa, maraqlı faydalı ünsiyyət qurmağa, həmçinin MDB məkanında inteqrasiya proseslərini inkişaf etdirməyə şərait yaradacağına əminliyini bildirib. O, olimpiada iştirakçılarına uğurlar arzulayıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 22 iyul.- S. 9.