Azərbaycandan unudulmaz təəssüratlar

 

İsveçrəli turist Avropa Oyunları Bakı barədə redaksiyamıza məktub yazıb

 

 I Avropa Oyunları günlərində ölkəmizi xeyli sayda turist ziyarət etdi. Onlardan biri isveçrəli xanım Reta Tşopp idi. Onun Evelin adlı qızı cüdo idman növü üzrə Avropa Oyunlarına qatılmışdı. Xanım Reta da qızına dəstək olmaq üçün onunla birgə Azərbaycana gəlmişdi. Evelin I Avropa Oyunlarında son anda medal sevincindən məhrum olsa da, müxtəlif beynəlxalq yarışların qalibi, o cümlədən, Avropa dünya çempionatlarında iştirak edib.

Retanın Azərbaycan haqqında təəssüratları zəngin idi. Demişdi ki, İsveçrəyə qayıdan kimi redaksiyamıza bu barədə məktub yazacaq. O, sözünün üstündə duraraq həm Avropa Oyunları, həm Bakı onun sakinləri barədə fikirlərini yazıb göndərdi. Həmin məktubu Azərbaycan dilinə çevirərək dərc edirik:

Bu il biləndə ki, I Avropa Oyunları Bakıda keçiriləcək, qızım orada iştirak etmək istədi. Mən onunla birgə Azərbaycana gəldim. Beləcə, həm möhtəşəm idman oyunlarına şahidlik etdim, həm Bakını tanımaq fürsəti qazandım. I Avropa Oyunlarında iştirak etmək üçün ilk dəfə Azərbaycana gələcəyimi biləndə qızımdan soruşdum ki, ora haradır? Həmin vaxt Azərbaycanın harada yerləşdiyini belə bilmirdim. Yalnız onu bilirdim ki, Azərbaycan keçmiş SSRİ-nin bir hissəsidir bizim SOCAR-a məxsus yeni qaz stansiyamızın yanacağı Azərbaycan məhsuludur.

Bakı haqqındakı təəssüratlarım çox pozitivdir: səmimi insanlar, hər yerdə rastıma çıxan köməkçilər - üzərinə “ask me” yazılmış qısaqol köynəkli gənclər Bakıya xoşgəldin deyən çox isti xoş hava... İsveçrə xalqı ilə müqayisədə burada böyük qonaqpərvərlik gördüm. İsveçrəlilər adətən insanlarla daha çox məsafə saxlayırlar utancaq olurlar. İsveçrə restoranlarında əgər bir stolda bir nəfər oturduğunu görürlərsə, isveçrəlilər deyir ki, bura çox izdihamlıdır. Həmçinin qatarda hər kəs istəyir ki, onun ətrafındakı yerlər boş olsun. Adətən öz təhlükəsizlikləri üçün belə edirlər. Amma mən Bakının küçələri parkları boyu tək yeriyərkən özümü çox təhlükəsiz azad hiss etdim. Həmçinin gecələr hər yerdə hamının üzündə gülüş görmək mümkün idi.

Şəhəriniz çox təmizdir. Hər yerdə insanlar küçələri təmizləyirlər. Bakının çoxsaylı gözəl fəvvarələri, bəzilərində suyun rəngbərəng işıqlarla rəqs etməsi çox xoşuma gəldi. Qədim Bakı sayılan İçərişəhər çox gözəldir.

Bakının simvollarından sayılan Alov Qüllələri gecə vaxtı öz LED-Şouları ilə məndə çox müsbət təəssürat yaratdı. Çox şad idim ki, mineral su meyvə şirələrini hər zaman əksər köşklərdən ala bilirdim. Mən Bakıda avtobusla şəhər gəzintisinə çıxdım. Həmin vaxt Bakı şəhəri Azərbaycanın tarixi barədə xeyli məlumat öyrəndim. Biz orada Alov Qüllələrinə qalxan funikulyordan pulsuz istifadə etdik. Belə şeyləri Avropada tapmaq mümkün deyil, burada hər şey üçün haqq ödəməlisən. Mən həmçinin əksər qadınların başları örtüksüz, azad geyinmələrinə çox təəccübləndim. Çünki müsəlman ölkələrinin 95 faiz qadın əhalisi örtük geyinir. Buna görə düşündüm ki, Bakı çox liberal şəhərdir.

I Avropa Oyunlarına gəldikdə isə, müvafiq stadionlarda yüksək səviyyəli təşkilatçılığa, minlərlə könüllünün dostcasına davranışına çox şad oldum. Burada tələbkarlıq etibarlılıq gördüm. Hava limanından nəqliyyat vasitəsilə şəhərə doğru gəlməyin özü mənim üçün unudulmaz bir səyahət oldu. Bütün şəhər boyu reklam lövhələrində Avropa Oyunları qeyd olunurdu. Hər yerdə - böyük binaların, körpülərin üzərində bayraqlar Avropa Oyunlarının loqoları asılmışdı.

Azərbaycan xalqı həqiqətən qonaqların Bakıda sərbəst, təhlükəsiz qalmaları üçün hər şeyi etdi. Mən fikirləşirəm ki, bir gün olimpiya oyunları da Bakıda keçirilə bilər! Çünki Bakı artıq buna hazırdır. Özünün mükəmməl idman infrastrukturu var. Qızımın da təsdiq etdiyi kimi, idmançıların yerləşdiyi yerlərdə hər şey yüksək səviyyədə idi.

Hələ bəzi şeylər haqqında təəccüblüyəm: hər bir şəhərdə adətən mənfi şeylər görmək mümkündür. Lakin Bakıda bunların heç biri görünmədi. Məsələn, uşaqların böyüklərə qarşı çox yaxşı hazırlandığına, yüksək tərbiyəsinə şahid oldum. Yeniyetmələr heç bir narahatlıq törətmirdilər. Mən küçələrdə bir dilənçi, narkoman, ki alkoqollu birini gördüm. Heç kim məni narahat etmədi, yaxud buna çalışmadı.

Beləliklə, mən Bakı səfərimi çox xoşladım bunu həyatımda çox müsbət şəkildə xatırlayacağam. Ümid edirəm ki, Bakı haqqında təcrübələrimi təəssüratlarımı paylaşa bildim. Sizə gözəl günlər arzulayıram, isti yay günlərindən həzz alın. Hazırda İsveçrədə Bakı ilə eyni temperatur müşahidə olunur, xüsusən bizim yaşadığımız Basel şəhərində isti yay günəşi var.

 

 

Reta TŞOPP

İsveçrə, Basel şəhəri

 

Azərbaycan.- 2015.- 22 iyul.- S. 10.