Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

 

Milli Mətbuat Jurnalistika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Azərbaycan Mətbuat Şurasının, KİV-lərin nümayəndələri iyulun 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil gül dəstələri qoyublar.

Sonra Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb.

Görkəmli maarifpərvər, pedaqoq təbiətşünas alimin məzarı önündə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın keçdiyi çətin şərəfli yoldan danışıb. Bildirib ki, 1875-ci il iyulun 22-də maarifçi publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayanƏkinçiqəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirib. Qəzetdə elm, maarif, mədəniyyət, incəsənət kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc olunub, bu mətbu orqan vasitəsilə xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparılıb.

Çıxış edənlər son illər ölkəmizdə medianın inkişafı, söz fikir azadlığının təmin olunması istiqamətində görülmüş işlərdən danışıblar. Qeyd edilib ki, mətbuatın normativ hüquqi bazasının möhkəmləndirilməsi ilə yanaşı, onun iqtisadi müstəqilliyinin təmin edilməsi dövlətin diqqət mərkəzindədir.

 

Azərbaycan.- 2015.- 23 iyul.- S. 4.