Azərbaycan mediası üçün yeni inkişaf mərhələsi başlayır

 

Xəbəd verildiyi kimi iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüşdə mətbuatımızın keçmişi bu günü barədə geniş nitq söyləyən dövlət başçısı Azərbaycan milli mətbuatının böyük tarixinin olduğunu vurğulayaraq deyib: “Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir”.

Görüşdə çıxış edən Mətbuat Şurasının İdarə Heyətinin üzvləri dövlətin mətbuata göstərdiyi diqqət qayğısından, mətbuatın üzərinə düşən vəzifələrdən söz açıb, təkliflər irəli sürüblər. Görüşdə iştirak edənlərin bir neçəsi öz təəssüratını bizimlə bölüşüb.

Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu bildirib ki, milli mətbuatın 140 illiyini qeyd edən Azərbaycan üçün iyulun 21-i əlahiddə bir gün oldu: “Cənab Prezidentin qəbulunda olarkən bir daha başa düşdüm ki, artıq ölkə mediası üçün yeni inkişaf mərhələsi başlayır. Bu mərhələdə hər bir media təmsilçimiz kimi, mətbuatımızın əsas tənzimləyici orqanı olan Mətbuat Şurasının da rolu ikiqat artacaq”.

Onun sözlərinə görə, Mətbuat Şurası unikal bir vətəndaş cəmiyyəti təmsilçisidir əhəmiyyətli rolu danılmazdır. Prezident İlham Əliyev Mətbuat Şurasının İdarə Heyəti ilə görüşdə müstəqil medianın yaranması inkişafı üçün özünü tənzimləmə strukturu kimi bu qurumun fəaliyyətini yüksək qiymətləndirib: “Bu, səbəbsiz deyil. Cənab Prezident demişkən, Azərbaycan mediası illər keçdikcə peşəkarlaşır, əvvəlki illərdə mövcud olan qeyri-etik yazılar, təhqiramiz materiallar azalır, media daha çox milli mövqedən çıxış edir. Dövlət başçısı Mətbuat Şurasının jurnalistlərin hüquqlarını qoruduğunu, iqtidarla mətbuat arasında körpü rolunu oynadığını xüsusi vurğuladı. Cənab Prezidentin çıxışı bütünlüklə xalqımızın maraqlarının qorunmasına bu sahədə medianın öz məsuliyyətini başa düşməsinə hədəflənmişdi. Xəbərləri daim mediadan aldığını qeyd edən, Prezident yerli medianı diqqətlə izlədiyini bildirdi. Bu, Azərbaycan mediası üçün çox müsbət haldır. Ona görə yerli media operativ, obyektiv xarici media orqanları ilə rəqabət apara biləcək imkanlarını daha da təkmilləşdirməlidir”.

U.Rəhimoğlunun fikrincə, mətbuatımız hər zaman strateji maraqları müdafiə etməli, milli maraqları beynəlxalq müstəvidə qorumalıdır. Son illərdə bu istiqamətdə milli mətbuatda ciddi dönüşün yarandığı müşahidə olunur. Dövlət başçısının da diqqətindən bu amil yayınmayıb. Məhz buna görə Prezident İlham Əliyev bundan sonra da ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuatı fəal olmağa çağırıb: “Biz Mətbuat Şurasının İdarə Heyətinin üzvləri kimi dövlət başçısı ilə bu sahədə həmfikirik. Erməni lobbisinin digər dairələrin ölkəmizə qarşı apardığı qarayaxma kampaniyası Azərbaycanın daxili xarici siyasətinə heç bir təsir etmir. “Biz yolumuzdan dönməyəcəyik ölkəmizi uğurla inkişaf etdirəcəyikdeyən dövlət başçısı əslində bütün media zümrəsi üçün əsas fəaliyyət tezisini elan etdi. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi tədbirlər görülür sözsüz bu sahədə mediamızın rolununun artırılması vacibdir. Bu görüşə sərgilədiyi yüksək səviyyəli diqqətə görə cənab Prezidentə minnətdarlığımı bildirirəm”.

Əməkdar jurnalist adına layiq görülənYeni Müsavatqəzetinin baş redaktoru Rauf Arifoğlu dövlət başçısnın bu sərəncamını yüksək qiymətləndirərək olduqca nümunəvi addım hesab edir.

Baş redaktor deyib ki, Prezident İlham Əliyevin nümunəvi addımı milli mətbuatımıza göstərilən diqqət qayğının təcəssümüdür: “Bu, həm dünyaya bir nümayiş oldu. Prezidentin şəxsən media mənsublarına mükafat təqdim etməsi, onları qəbulunda dinləməsi hər kəsə nümunədir. Dünya ölkələri şahid oldu ki, Azərbaycanda mediaya münasibət hansı çərçivədədir, azad sözə hörmətin səviyyəsi dərəcədə yüksəkdir. Azərbaycan dövləti qəzetlər arasında heç bir fərq qoymur, bütün mətbuata eyni yanaşır. Buna görə mən şəxsən Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Təltif edilən həmkarlarımı da təbrik edirəm”.

Rauf Arifoğlu həmçinin vurğulayıb ki, bu mükafat onun üçün önəmlidir. Ona görə önəmlidir ki, “bu, cəmiyyətə, müxalifət düşərgəsinə bir dövlətçilik dərsidir. 26 ilini tənqidi mediaya sərf eləmiş, bir baş redaktor dövlətin başında dayanan şəxs tərəfindən mükafatlandırılır şəxsən təqdim olunur”.

R.Arifoğlu vurğulayıb ki, ən müxtəlif media quruluşlarından dünya miqyasında mükafatlar alıb.Əməkdar jurnalistadını isə 26 illik fəaliyyətdən sonra dövlət verdi: “Dünyanın heç yerində qəzetçiləri sevmirlər. Ancaq qəzetçiyə dözmək özü bir mədəniyyətdir. Azərbaycan Prezidenti o mədəniyyəti göstərdi. Mənə elə gəlir, bu, çoxlarına dərs olacaq. Ona görə bu mükafat mənim üçün bir nümunə olaraq önəm daşıyır. Təbii, əməyimin hər hansı bir cümlə ilə qiymətləndirilməsini xoş qarşılayıramdeyən baş redaktor hesab edir ki, mətbuatla Prezidentin əməkdaşlığı davam etməlidir.

Dövlət başçısı görüşdə beynəlxalq miqyasda Azərbaycana qarşı haqsız kampaniyanın getdiyini söyləyib buna qarşı mübarizə aparmaq üçün mətbuata istiqamətlər göstərib: “Prezident bir ifadə işlətdi ki, biz informasiyaları alıb təhlil etdikcə həmin kampaniyanın ardından erməni lobbisinin uzun qulaqlarının çıxdığını gördük, buna görə bu qərara gəlmişik ki, Azərbaycanda müəyyən tirajı olan informasiya vasitələrinin müxtəlif dillərdə əlavələri olsun, bunun üçün dövlət hər cür dəstək verməyə hazırdır. Təbii, mən burada özümə pay götürdüm. Ən öndə olan bir neçə saytın rəhbəri olaraq düşündüm ki, bu, bizim işimizə yarayan prosesdir. Biz Azərbaycan rus dillərində keyfiyyətli sayt qurub informasiya prosesi apara biliriksə, bunu ingiliscə, fransızca başqa dillərdə təşkil edə bilərik. Hesab edirəm ki, əgər belə bir qərar olsa, tamamilə doğru olar Azərbaycanın saytları yazılı mətbuat kimi dəstək alaraq bu işə başlasa ölkəmiz üçün böyük bir fayda ortaya çıxmış olar”.

Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm ki, bu qədər gərgin rejimində media işçiləri ilə görüşə zaman ayırdı onları dinlədi”. Bu fikri isə Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli dedi.

M.Ələsgərlinin fikrincə, görüşdə Prezident özünün Azərbaycan mediası, həmçinin Azərbaycan dövlətinin, xalqının mediadan gözləntilərini çatdırdı, mesajlarını verdi: “Dövlət başçısının çıxışında verdiyi mesajlar hesab edirəm ki, növbəti dövr ərzində Azərbaycan media təmsilçiləri üçün ciddi bir proqram tövsiyəsidir. Yəni dövlət başçısı Azərbaycan dövlətinin, xalqının mediadan gözlədiyini, gələcəkdə hansı proseslərin baş verəcəyini proqnozlaşdırdı. Beləcə, cənab Prezident medianın bu proseslərdə rolu barədə fikirlərini çox dolğun şəkildə ifadə etdi”.

Mətbuat Şurasının sədr müavini hesab edir ki, bütün bunlar Azərbaycan media işçiləri üçün çox ciddi mesajlar proqram göstərişləri oldu. Təəssüratlar isə çox yüksəkdir. Bu görüş media bayramına ikiqat bayram əhval-ruhiyyəsi əlavə etdi. Çünki Prezidentlə görüş özü bir şərəfdir böyük hadisədir. Bu tarixi görüşdə Prezident onlara gələcək fəaliyyətləri ilə bağlı ciddi tövsiyələr verib.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2015.- 23 iyul.- S. 6.