SOCAR-AQŞ jurnalistləri təbrik etdi

 

Milli mətbuatın yaranmasının 140 illik yubileyi Azərbaycan Dövlət Neft Şirkətinin strukturuna daxil olan SOCAR-AQŞ- qeyd olundu. Tədbirə bir sıra qabaqcıl mətbuat vasitələrinin nümayəndələri dəvət olunmuşdular. Müəssisənin baş direktoru Ramin İsayev jurnalistləri peşə bayramları münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı.  Qeyd etdi ki, ictimai maarifçiliyi özünə əsas hədəf seçənƏkinçiqəzetindən əsasını götürən müasir Azərbaycan mətbuatı yeni inkişaf dövrünü yaşayır.

Neft-qaz sahəsində ixtisaslaşan mətbuat orqanlarından söz açan R.İsayev bildirdi ki, SOCAR-AQŞ ötən il bu sahədə çalışan jurnalistlər üçün maarifləndirici təlim Əsrin müqaviləsi”nin 20-ci ildönümü ilə bağlı müsabiqə keçirib. Rəhbərlik etdiyi qurum mətbuata konstruktiv şəraitdə sorğu sualların operativ qaydada cavablandırılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Elmira Axundova da jurnalistləri təbrik edib.Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə beynəlxalq aləmə çıxışı olan bir sıra jurnalistlə görüşdən söz açdı. Bildirdi ki, hələ kontrakt imzalanmamışdan əvvəl  ümummilli lider bu tarixi hadisənin baş verəcəyi təqvim onun əhəmiyyəti haqqında geniş məlumat verib. Jurnalistlərdən bu müqavilənin imzalanması əleyhinə olanlara qarşı dünya mətbuatında məqalələrlə çıxış etmələrini istəyib. Bu istəyin reallaşması təsirsiz qalmayıb.

O, Avropa Oyunları ərəfəsində Oyunların keçirildiyi günlərdə daha da fəallaşan  antiazərbaycançı qüvvələrə jurnalistlərimizin tutarlı dəlillərlə cavab vermələrini yüksək dəyərləndirdi.

Respublikaqəzetinin baş redaktor müavini Hümbət MusayevƏkinçi”nin keşməkeşli tarixindən söz açdı.

Milli Məclisin deputatı Vahid Əhmədov mətbuatın dövlət müstəqilliyimizin ilk illərindəki vəziyyətindən, ölkəmizdə dövlət başçısı tərəfindən mətbuata yetirilən diqqət qayğıdan danışdı. Məqalələrdə təhlilə daha ciddi diqqət yetirilməsinin məqsədəuyğunluğunu vurğuladı.

Sonra “SOCAR-AQŞ”-nin ümumi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi jurnalistlərə hədiyyələr təqdim olundu.

 

ƏLİ SƏLİMOV,

 

Azərbaycan.- 2015.- 23 iyul.- S. 6.