Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi onun yanında yaradılmış dövlət agentliyi dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 iyun tarixli 716 nömrəli Fərmanının ləğv edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi onun yanında yaradılmış dövlət agentliyi dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301; 2006, № 2, maddə 91, № 5, maddə 397; 2007, № 2, maddə 87; 2008, № 6, maddə 488, № 11, maddə 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 6, maddə 638; 2015, № 2, maddə 132) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından preambuladandövlət agentliyi sözləri çıxarılsın;

1.2. 3-cü hissədəDövlət Baytarlıq XidmətisözləriDövlət Baytarlıq Nəzarəti Xidmətisözləri ilə əvəz edilsin;

1.3. 5-ci hissə ləğv edilsin;

1.4. həmin fərmanla təsdiq edilmişAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnaməüzrə:

1.4.1. 3-cü 5-ci hissələr ləğv edilsin;

1.4.2. 10.13-cü bənddəyanında fəaliyyət göstərən qurumların (Agentlik, Xidmət s.)” sözlərisisteminə daxil olan qurumlarınsözləri ilə əvəz edilsin;

1.4.3. 11.6-cı 11.7-ci bəndlərdəNazirlik yanında yaradılan Dövlət Agentliyi Dövlət Xidmətləri, habelə Nazirliyin bilavasitə tabeliyində olan qurumlarsözləriNazirliyin sisteminə daxil olan qurumlarsözləri ilə əvəz edilsin;

1.4.4. 11.47-ci bənddəgöstərilməsinə kömək edirsözlərigöstərilməsini təşkil edirsözləri ilə əvəz edilsin;

1.4.5. 12.6-cı bənddəNazirlik yanında olan Dövlət Agentliyinə Dövlət Xidmətlərinə, Nazirliyin sisteminə daxil olan müəssisə, idarə təşkilatlarasözləriNazirliyin sisteminə daxil olan qurumlarasözləri ilə əvəz edilsin;

1.4.6. 16-cı hissə aşağıdakı redaksiyada verilsin:

“16. Nazirliyin aparatı, strukturuna daxil olan qurumlar strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar sairə) nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə həmin qurumlar vasitəsilə həyata keçirir. Nazirlik həmin qurumların fəaliyyətini əlaqələndirir onların fəaliyyətinə nəzarət edir.”;

1.4.7. 17-ci hissədəyanında olan dövlət agentliyi xidmətlərisözləristrukturuna daxil olan qurumlarsözləri ilə əvəz edilsin;

1.4.8. 18.4-cü bənddəNazirlik yanında olan dövlət agentliyinin xidmətlərininsözləristrukturuna daxil olan qurumlarınsözləri ilə əvəz edilsin;

1.4.9. 18.5-ci bənddə bilavasitə tabeliyində olan qurumlarınınsözləri “, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) onların struktur bölmələrininsözləri ilə əvəz edilsin;

1.4.10. 18.6-cı bənddə yerli orqanlarının rəhbərlərini, nomenklatura uyğun olaraq nazirlik sisteminə daxil olan müəssisə, idarə təşkilatlarınsözləristrukturuna daxil olan strukturuna daxil olmayan tabeliyindəki qurumlarınsözləri ilə əvəz edilsin;

1.4.11. 18.8-ci bənddə yerli orqanlarının, habelə səlahiyyətləri daxilində nazirlik yanında olan agentliyin xidmətlərinsözləri “, strukturuna daxil olan qurumların strukturuna daxil olmayan tabeliyindəki qurumlarınsözləri ilə əvəz edilsin;

1.4.12. 19-cu hissədəyanında olan dövlət agentliyinin xidmətlərinin,” sözləristrukturuna daxil olan qurumlarınsözləri ilə əvəz edilsin;

1.5. həmin fərmanla təsdiq edilmişAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti haqqında Əsasnaməüzrə:

1.5.1. adında 1-ci hissədəDövlət Baytarlıq XidmətisözləriDövlət Baytarlıq Nəzarəti Xidmətisözləri ilə əvəz edilsin;

1.5.2. 11-ci hissəyəBaytarlıqsözündən sonraNəzarətisözü əlavə edilsin.

2. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 iyun tarixli 716 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 377; 2000, № 7, maddə 503; 2003, № 10, maddə 585) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 iyul 2015-ci il

 

Azərbaycan.- 2015.- 24 iyul.- S. 1.