“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti haqqında Əsasnamə”nin təsdiqi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanını “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1159-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 451 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 8; 2015, № 2, maddə 138) aşağıdakı dəyişikliklər edilsin:
1. 5.2-ci bəndə “2.0.4-cü” sözlərindən sonra “maddəsində, 2.0.5-ci maddəsinin ikinci cümləsində” sözləri və “16.2-ci” sözlərindən sonra “maddələrində, 28.6-cı maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin.
2. 5.4-cü bənddə “2.0.5-ci, 4.2-ci maddələrində” sözləri “2.0.5-ci maddəsinin birinci cümləsində, 4.2-ci maddəsində” sözləri ilə əvəz edilsin.
3. 5.11-ci bəndə “Qanunun” sözündən sonra “2.0.9-cu maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2015-ci il
Azərbaycan.- 2015.- 24 iyul.- S. 1.