Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında Əsasnamə

                 

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi (bundan sonra - Dövlət Müfəttişliyi) siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən nəqliyyat vasitələrinin mexanizmlərin (bundan sonra - kənd təsərrüfatı texnikası) dövlət qeydiyyatını aparan, onların texniki vəziyyətinə istismarına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

1.2. Dövlət Müfəttişliyi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra - Nazirlik) hüquqi aktlarını rəhbər tutur.

1.3. Dövlət Müfəttişliyi bu Əsasnamədə nəzərdə tutulan vəzifə hüquqlarını Azərbaycan Respublikasının ərazisində bilavasitə tabeliyindəki rayon (şəhər) dövlət texniki nəzarət müfəttişlikləri vasitəsilə həyata keçirir.

1.4. Dövlət Xidməti öz vəzifə hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının digər icra hakimiyyəti yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə, hüquqi fiziki şəxslərlə əlaqəli fəaliyyət göstərir.

1.5. Dövlət Xidmətinin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Nazirliyin öz adı həkk olunmuş möhürü, müvafiq ştampları blankları vardır.

1.6. Dövlət Müfəttişliyinin saxlanılması xərcləri fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi, habelə qanunla bu Əsasnamə ilə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Dövlət Müfəttişliyi Bakı şəhərində yerləşir.

2. Dövlət Müfəttişliyinin fəaliyyət istiqamətləri

2.0. Dövlət Müfəttişliyinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatını aparır;

2.0.2. kənd təsərrüfatı texnikasının dövlət texniki baxışını keçirir;

2.0.3. traktor digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulunu sürücülük vəsiqələrinin verilməsini (dəyişdirilməsini) təmin edir;

2.0.4. kənd təsərrüfatı texnikasından istifadəyə nəzarət edir.

3. Dövlət Müfəttişliyinin vəzifələri

3.0. Dövlət Müfəttişliyi bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. hüquqi ya fiziki şəxslərin mülkiyyətində, istifadəsində icarəsində olan kənd təsərrüfatı texnikasında zəmanət müddətində yaranmış nasazlığın müqavilə şərtlərinə uyğun olaraq aradan qaldırılmasına nəzarət edir;

3.0.2. dövlət qeydiyyatına alınmış mexaniki nəqliyyat vasitələrinin rəsmi reyestrinin kağız elektron daşıyıcılar üzərində aparılmasını təmin edir, onlara dövlət qeydiyyat nişanları dövlət qeydiyyat şəhadətnamələri verir;

3.0.3. kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatına alınması, dövlət texniki baxışının keçirilməsi, traktor digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün traktorçu-maşinist vəsiqəsinin verilməsi dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron formada qəbul olunmasını təmin edir;

3.0.4. müasir tipli texnikanın idarə edilməsi sahəsində ixtisaslı kadrlar hazırlanmasında iştirak edir.

3.0.5. kənd təsərrüfatı texnikasının dövlət texniki baxışından keçirilməsi qaydaları haqqında kütləvi informasiya vasitələrində məlumat verir;

3.0.6. dövlət qeydiyyatına alınan dövlət texniki baxışından keçirilməmiş kənd təsərrüfatı texnikasını texniki baxışdan keçirir;

3.0.7. texniki vəziyyəti qanunun ya dövlət standartlarının tələblərinə uyğun gəlməyən, dövlət qeydiyyatına alınmayan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçməyən kənd təsərrüfatı texnikasının istismarını qadağan edir;

3.0.8. dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı texnikasının istismarı qaydalarının pozulmasının qarşısını almaq üçün tədbirlər görür pozuntuların aradan qaldırılmasını hüquqi fiziki şəxslərdən tələb edir;

3.0.9. kənd təsərrüfatı texnikasının ipoteka müqaviləsinin qeydiyyata alınmasını daşınar əmlakın rəsmi reyestrindən çıxarışın verilməsini təmin edir;

3.0.10. traktor digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün nəzəri təcrübi imtahanları keçirir, sürücülük vəsiqəsini verir dəyişdirir;

3.0.11. dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı texnikasının dövlət qeydiyyat nişanlarının seriyalarına görə yerlərdə mərkəzləşdirilmiş qaydada elektron məlumat bazasının yaradılmasını aparılmasını təmin edir;

3.0.12. rayonlarda (şəhərlərdə) özəl aqroservislərin yaradılması onların fəaliyyətinin genişləndirilməsi məqsədi ilə maarifləndirmə işi aparır;

3.0.13. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın həmin saytda yerləşdirilməsini bu informasiyanın daim yenilənməsini təmin edir;

3.0.14. Dövlət Müfəttişliyinə daxil olan ərizə, şikayət təkliflərə baxır;

3.0.15. rayon (şəhər) texniki nəzarət müfəttişliklərinin fəaliyyətinə nəzarəti həyata keçirir;

3.0.16. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

4. Dövlət Müfəttişliyinin hüquqları

4.0. Dövlət Müfəttişliyi bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. dövlət yerli özünüidarəetmə orqanlarına, fiziki hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.2. normativ hüquqi aktlarının layihələrini hazırlamaq Nazirliyə təqdim etmək;

4.0.3. xarici dövlətlərin müvafiq sahədə təcrübəsini öyrənmək;

4.0.4. Dövlət Müfəttişliyinin fəaliyyəti barədə kütləvi informasiya vasitələrində məlumatları dərc etdirmək;

4.0.5. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

4.0.6. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Dövlət Müfəttişliyinin fəaliyyətinin təşkili

5.1. Dövlət Müfəttişliyinə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin vəzifədən azad edilən rəis rəhbərlik edir. Dövlət Müfəttişliyinin rəisi Azərbaycan Respublikasının Baş dövlət texniki nəzarət mühəndis müfəttişidir.5.2. Dövlət Müfəttişliyinin rəisi Dövlət Müfəttişliyinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Dövlət Müfəttişliyi rəisinin Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin vəzifədən azad edilən bir müavini vardır.

5.4. Dövlət Müfəttişliyinin rəisi:

5.4.1. Dövlət Müfəttişliyinin fəaliyyətini təşkil edir ona rəhbərlik edir;

5.4.2. dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi fiziki şəxslər ilə münasibətlərdə Dövlət Müfəttişliyini təmsil edir;

5.4.3. müəyyən edilmiş əməyin ödənilməsi fondu işçilərin say həddi daxilində Dövlət Müfəttişliyinin aparatının strukturunu, ştat cədvəlini xərclər smetasını, habelə struktur bölmələrinin əsasnamələrini təsdiq edilmək üçün Nazirliyə təqdim edir;

5.4.4. Dövlət Müfəttişliyinin rəis müavini, aparatının struktur bölmələrinin tabeliyində olan rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliklərinin rəhbərləri istisna olmaqla, Dövlət Müfəttişliyinin digər işçilərini vəzifəyə təyin vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə intizam tənbehi tədbirləri görür;

5.4.5. Dövlət Müfəttişliyinin işçiləri üçün icrası məcburi olan əmr göstərişlər verir;

5.4.6. Dövlət Müfəttişliyinin strukturunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən normativ hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir;

5.4.7. Nazirliyin planında kollegiyasının qərarlarında, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin əmr, sərəncam, qərar göstərişlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

5.4.8. Dövlət Müfəttişliyində vətəndaşların qəbulunu müraciətlərinə baxılmasını təmin edir;

5.4.9. Dövlət Müfəttişliyinə dövlət büdcəsindən ayrılan qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə təqdim edir;

5.4.10. Dövlət Müfəttişliyinin fəaliyyəti barədə Nazirliyə mütəmadi olaraq hesabat verir;

5.4.11. Dövlət Müfəttişliyinin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir.

5.5. Dövlət Müfəttişliyinin işçiləri təsviri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən xüsusi geyim forması, habelə siyahısı Nazirlik tərəfindən müəyyən edilən nəzarət-ölçü cihazları digər xüsusi vasitələrlə təmin olunurlar.

5.6. Dövlət Müfəttişliyi say həddi (limiti) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən xidməti minik avtomobilləri ilə təmin olunur.

 

Azərbaycan.- 2015.- 24 iyul.- S. 5.