Ağdamlılar hücum əmri gözləyirlər

 

Həyatda elə yaralar, elə ağrı-acılar var ki, üstündən aylar, illər ötüb keçsə , sağalmır, qaysaq bağlamır. Ağdamın itkisi bizim üçün məhz ovudulması mümkünsüz olan ağrıdır. Doğma yurdundan, isti ev-eşiyindən didərgin salınmış soydaşlarımızın rahatlığı, firavanlığı üçün dövlət gərək olan hər şeyi etsə , minlərlə məcburi köçkün ailəsi yeni salınan qəsəbələrdə məişət rahatlığına qovuşsa da, adamların gözü yolda, qulağı səsdədir. Hər kəs doğma yurda, cənnət Qarabağa böyük qayıdışı səbirsizliklə gözləyir. Bu gözlənti dünən qeyri-müəyyən bir nigarançılıqla yoğrulmuşdusa, bu gün könüllərə yenilməz, sarsılmaz inam hakim kəsilib. Bu inam Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi müdrik uzaqgörən siyasətdən qaynaqlanır. Qaçqın məcburi köçkünlərin problemlərini özünün çoxşaxəli mürəkkəb fəaliyyətində daim prioritet olduğunu səmimiyyətlə bildirən dövlət başçısı Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda da dəyişməz mövqe, qətiyyət prinsipiallıq nümayiş etdirir, bir qarış torpağın da güzəşt edilməyəcəyini, əzəli Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaradılmasına yol verilməyəcəyini ən yüksək beynəlxalq tribunalardan dəfələrlə uca səslə, qətiyyətlə bəyan etmişdir. Dövlət başçısının, Silahlı Qüvvələrin Ali Baş Komandanının bu dəyişməz mövqeyi ağdamlılara ruh verir, onların qələbənin tezliklə reallaşacağına olan inamını artırır.

Ağdamın işğalından 22 il keçir. İllərdi deyirik yazırıq ki, Ağdamı, Qarabağın digər şəhər kəndlərini, bütövlükdə ölkə ərazisinin 20 faizini Ermənistan silahlı qüvvələri işğal edib. Amma bu fikir tarixi reallığı tam mənada əks etdirmir. Rus ordusunun bölgədə yerləşən hərbi hissələri Qarabağ müharibəsində istər canlı qüvvə, istərsə hərbi texnika sarıdan erməni işğalçılarının ən yaxın köməkçiləri olublar. Ermənistan silahlı qüvvələrinin təkbaşına Qarabağı işğal etməsi həqiqətdən çox-çox uzaq olan fantaziyadır. Qüvvələrin qeyri-bərabər olduğu Qarabağ savaşında ağdamlılar mərdliklə döyüşür, əsl qəhrəmanlıq nümunəsi göstərirdilər. Mərkəzdən idarə olunan Milli Ordumuzun hələ formalaşmaması, ayrı-ayrı özünümüdafiə batalyonları arasında zəruri əlaqənin olmaması öz işini görür, düşmənin üstünlüyünə şərait yaradırdı. AXC-Müsavat cütlüyünün təmsil etdiyi ovaxtkı iqtidarın siyasi naşılığı da mənfi təsirini göstərirdi.

Qüvvələrin qeyri-bərabər olduğu müharibədə ağdamlılar qeyrətlə döyüşdülər, mərdliklə vuruşdular. Bu savaşda çoxlu şəhid verildi. Ağdam şəhəri, çox sayda kəndlər odlara qalanıb viran qoyuldu. Qarabağ müharibəsindən əvvəl Ağdam Azərbaycanın güclü iqtisadi potensiala malik rayonlarından idi. Rayonun 1094 kvadrat kilometr ərazisi, 160 min nəfərdən çox əhalisi vardı. 134 kənd, 36 kolxoz sovxozdan ibarət olan rayonda 12 sənaye, 196 mədəni-maarif, 158 səhiyyə obyekti, 103 məktəb fəaliyyət göstərirdi. Düşmən heç nəyə acımadan Ağdam adlı qalanı havadarlarının köməyi ilə yerlə yeksan etdi. Isti yuvasından, rahat ev-eşiyindən perik salınan əhali Azərbaycanın müxtəlif ərazilərinə səpələndi. Doğma Ağdam şəhərini 90 kəndi itirən ağdamlılar respublikanın 58 rayonunda müvəqqəti sığınacaq tapdılar. Çadırlarda, yük vaqonlarında, qarğı-qamışdan tikilmiş daxmalarda yayın yandırıb yaxan istisində, qışın ilik donduran şaxtalarında uzun illər ərzində olmazın məhrumiyyətlər yaşadılar. Dövlətin qayğısı, Respublika Prezidenti İlham Əliyevin isti doğma münasibəti, sözün həqiqi mənasında, onlara yaşamaq həvəsi verdi, onların itirilmiş inamını özlərinə qaytardı. İndi Ağdamın ümumi ərazisinin 22 faizi bizdədir. Ölkənin müxtəlif ərazilərinə səpələnən ağdamlılar dövlətin qayğısı ilə doğma rayona qayıdırlar. Rayon ərazisində inşa olunmuş, hər cür infrastruktura malik qəsəbələrin sayı artıq 18-ə çatır. Bu qəsəbələrdə yüzlərlə ailə məskunlaşmışdır. Qəsəbənin hər birində məktəb, klub, uşaq bağçası, tibb məntəqəsi s. vardır. Bütün qəsəbələr su, elektrik enerjisi, təbii qazla təmin edilmişdir. Rayon mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsi indi müasir abad şəhərə bənzəyir. Bu gün qəsəbə əsl inşaat meydanına çevrilib. Tikinti-abadlıq, quruculuq işləri sürətlə davam edir. Quzanlıda yeni inşa olunmuşÇay evieyni ilə Ağdamdakı məhşurÇay evi”ni xatırladır. İndi bu məkan ağdamlıların sevimli istirahət yerinə çevrilmişdir.

Cəbhə bölgəsinin sakinləri dövlətin qayğısını minnətdarlıqla qarşılasalar da bütün səy bacarıqlarını sərf edərək ələbaxımlılıqdan uzaq olmağa çalışırlar. Atəşkəsin tez-tez pozulduğu, ölüm saçan güllələrin vıyıltıyla ötüşdüyü bu çəbhə bölgəsində insanlar təhnələrinin bol çörəyi üçün torpağa qırılmaz tellərlə bağlanır, öz halal zəhmətlərinə güvənirlər. Əməksevər Ağdam kəndlisi istehsal etdiyi bol taxıl, pambıq, ət, süd, yun, yumurta, tərəvəz bostan məhsullarıyla ölkə iqtisadiyyatının möhkəmlənməsinə öz töhfələrini verirlər.

Bizim üçün unudulmaz ağrılı tarix olan 23 iyul 1993-cü ildən xeyli zaman keçir. Ən böyük hakim olan zamanın öz ədalətli qərarını verəcəyi an artıq gəlib çatmışdır. Ağdamsız keçən illərdə niskilimiz böyük olsa da, heç vaxt inamsız, ümidsiz olmamışıq. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti sayəsində ölkəmizin artan iqtisadi gücü, yenilməz hərbi qüdrəti bu inamı daha sarsılmaz edib. İndi cəbhə bölgəsi olan Ağdamda yüksək əhval-ruhiyyə yaşanır. Mülki əhalidə döyüş ruhu müqayisəedilməz dərəcədə yüksəkdir. Tarıma çəkilmiş əsəblər, qələbə təşnəli ürəklər səbirsizliklə Ali Baş Komandanın hücum əmrini gözləyirlər. Qisas anının yetişdiyi mənfur düşmənin torpaqlardan qovulma məqamının çatdığı zamanın qaçılmaz diktəsidir!

 

Azərbaycan.- 2015.- 24 iyul.- S. 4.