Oleq VERNYAYEV: Mən I Avropa Oyunlarını olimpiya oyunları ilə müqayisə edərdim

 

I Avropa Oyunlarından əvvəl Ukrayna gimnastı Oleq Vernyayev AZƏRTAC-a verdiyi eksklüziv müsahibədə (http://azertag.az/ru/xeber/CHempion_mira_Oleg_Vernyaev_Xochu_poskoree_uvidetsya_so_svoimi_druzyami_vystupayushchimi_za_sbornuyu_Azerbaidzhana-840764) demişdi ki, Bakıya mükafat almağa gedir. İdmançı sözünə əməl etdi Avropa, dünya çempionatlarının medalları sırasına Avropa Oyunlarının iki qızıl bir gümüş medalını əlavə etdi. Bu günlərdə Ukrayna gimnastı öz idman kolleksiyasını hazırda Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Ümumdünya Universiadasının medalları ilə zənginləşdirib.

Oleq Vernyayev verdiyi eksklüziv müsahibədə deyib: “Kvanjuda keçirilən universiadada biz narahat şəraitdə yaşayırdıq. Kiçicik bir otaqda yalnız iki çarpayı qoyulmuşdu. Vəssalam... Hətta kiçik bir dolabça da yox idi. Ümumiyyətlə, Bakıda I Avropa Oyunları zamanı idmançılar üçün yaradılmış yaşayış şəraiti ilə müqayisə aparmaq düzgün olmaz. Mən bu Oyunları olimpiya oyunları ilə müqayisə edərdim. Hətta idmançıların qaldıqları Atletlər kəndi Olimpiya kəndi kimi idi: yeni binalar, əla təmir, otaqlarda yeni mebel yarışlardan sonra gəlib istirahət etmək üçün lazım olan hər şey. Ərazidə Azərbaycan Avropa yeməklərinin təklif olunduğu restoranlar vardı. İdmançılar özləri üçün əlverişli vaxtda buraya gəlib yemək yeyirdilər. Hərə istədiyi yeməyi - kimi pasta, kimi ət, kimi  tərəvəzi seçirdi”.

Oleqin Azərbaycan Ukrayna gimnastlarının məşq şəraitlərini müqayisə etmək imkanı olub. Yeri gəlmişkən deyək ki, hazırda iki keçmiş ukraynalı Azərbaycan yığmasında çalışır.

O.Vernyayev deyib: “Oleq Stepko Azərbaycan gimnastlarının məşq həyat şəraitinin çox gözəl olmasından bizə əvvəllər danışmışdı. Bakıya gələndə isə  özümüz buna əmin olduq. Azərbaycan idmançıları bu yarışlara səylə hazırlaşmışdılar. Azərbaycanda keçirilmiş I Avropa Oyunlarında qələbə qazanmaq onlar üçün şərəfli idi!

Mən birinci dəfə gimnastika zalına daxil olduqda sadəcə nitqim qurudu: zalın sahəsi elə böyük idi ki, lap futbol meydançasına bənzəyirdi. Bədii gimnastika üçün dörd xalça, idman gimnastikası üçün üç ya dörd, aerobika üçün bir xalça vardı. Hər birinin ölçüsü 12x12 metr idi. Kişi qadın gimnastlar üçün ayrı-ayrılıqda üç-dörd dəst alətlər, batutlar, tullanma xəndəkləri. Avadanlığın hamısı təzə alınmışdı.

İdmançılar bu gözəl şəraitə görə “Bakı-2015” Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür etdilər. O həm bu ölkənin Gimnastika Federasiyasının prezidentidir idmanın bu növünün inkişafı üçün çox işlər görüb. Bunu da qeyd edək ki, ölkənin birinci şəxslərinin idman gimnastikası üzrə turnirdə iştirak etməsi çox xoş idi. Tribunalardan idmançıların dəstəklənməsi  adama xoş gəlirdi. Tamaşaçılar idmançıların yerinə yetirdikləri hər bir elementi alqışlayırdılar. Tribunalarda Ukraynanın bayraqları da görünürdü. Valideynlərimin təyyarə ilə Bakıya gəlməsi məni çox sevindirdi. Onların dəstəyi çox əhəmiyyətli idi mənə güc verirdi. Anamla atam mənim üçün talismandır. Onlar yanımda olanda özümə inamım artır”.

İdmançı etiraf edib ki, Ukrayna idmançıları üçün unudulmaz təəssüratlar Azərbaycan torpağında atdıqları elə ilk addımlardan başlandı. Lakin ən yaddaqalan emosiyalar, sözsüz ki, I Avropa Oyunlarının açılışı mərasimində oldu.

Oleq Vernyayev deyib: “Açılış mərasimində iştirak etmək  idmançılara çox nadir hallarda nəsib olur. Adətən biz yarışlara hazırlaşırıq ya bir qədər gec, öz turnirimiz başlayanda gəlib çıxırıq. Bakıda isə, demək olar ki, Ukraynanın bütün yığma komandası, yəni 200 nəfərdən çox idmançı Oyunlar başlanmazdan iki gün əvvəl gəlmişdi biz mərasimdə iştirak edə bildik. Çox möhtəşəm bir şou idi! Arena üzərində uçan öküz gimnast qız nəyə desən dəyərdi! qədər alov vardı!. Burada öyrəndim ki, Azərbaycanı Odlar Yurdu adlandırırlar. Təəssüf ki, bağlanış mərasimində iştirak edə bilmədim. Lakin bilirəm ki, o da möhtəşəm olub!”

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 24 iyul.- S. 4.