Azərbaycan ilə Əfqanıstan arasında müdafiə sənayesi sahəsində əlaqələr müzakirə edilib

 

İyulun 23-də Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Mohammad Taqi Xalili ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Yavər Camalov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə diplomata məlumat verib.

Səfir Mohammad Taqi Xalili səmimi görüşə görə minnətdarlığını bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2015.- 24 iyul.- S. 7.