İmzaların izi ilə

 

Milli mətbuatda anonim satirik gizli imzalardan yetərincə istifadə edilmiş edilməkdədir. Bu, müxtəlif səbəblərlə bağlıdır. Bir tərəfdən müəllif gözlənilən  təqib təzyiqlərdən can qurtarmaq məqsədi güdürsə, digər tərəfdən həmin anonim satirik gizli imzalar müəyyən ideyanın daşıyıcısı ya bədii yaradıcılıq hadisəsi kimi üzə çıxır.

Məsələn, XIX əsrdəƏkinçiqəzetində M.F.AxundzadəVəkili-naməlumi-millətimzası ilə çıxış edəndə özünü millətin bilinməyən vəkili kimi təqdim edirdisə, XX əsrdə M.Ə.Sabirin işlətdiyi 40-a yaxın satirik gizli imzanın həm müxtəlif təqib təzyiqlərdən qaçmaq məcburiyyətindən, həm çox maraqlı orijinal yaradıcılıq axtarışlarından irəli gəldiyini mütəxəssislər (prof.Məmməd Məmmədov, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov b.) elmi-nəzəri şəkildə əsaslandırmışlar. Anonim satirik (bəzən yumoristik) gizli imzaların digər yaranma səbəbi müəyyən ideya məqsədin ardıcıl olaraq izlənməsi oxucuların diqqətinin daha artıq cəlb edilməsi cəhdi ilə bağlılığı da məlumdur. Haşım bəy VəzirovunKeyfim gələndəümumi başlığı Birisiimzası, Üzeyir bəy HacıbəylininOrdan-burdanümumi başlığı Filankəsimzası, Y.V.ÇəmənzəminlininHətərən-pətərənbaşlıqlıSərsəmimzalı məqalələri s. buna misaldır. Bundan başqa, gizli bir imzadan törəyən imzalar, yaxud ortaq işlənən imzalar sair kifayət qədərdir. Bütün bu müxtəliflik zənginliyin çeşidlənərək hər bir imzanın, onun müəllifinin yaranma səbəblərinin müəyyənləşdirilməsi isə elmi baxından son dərəcə vacib əhəmiyyətli olduğu qədər çətindir. Bunsuz milli ictimai-ədəbi mədəni düşüncə mənzərəsini, onun əlaqə bağlarını, əsərlərin müəlliflərini s. müəyyənləşdirmək, təsəvvürə gətirmək müşküldür. Filologiya üzrə fəlsəfə doktorları Elmira Qasımova ilə Afaq Əliyevanın birgə əməyinin - əsl elmi vətəndaşlıq əməyinin nəticəsi olanİmzalar”. Molla Nəsrəddin” (1906-1931), (Bakı, 2015) adlı kitab bu istiqamətdə atılan ən gərəkli uğurlu addım hesab edilməlidir. Kitabın uğurunu mükəmməlliyini təmin edən başlıca amillərdən biri hər iki müəllifin elmi araşdırıcılıq istiqamətinin mətnşünaslıq olmasıdır. Təbii ki, mətnşünas istər-istəməz atribusiya (imzaların müəyyənləşdirilməsi) ilə məşğul olur. Həm Elmira xanım, həm Afaq xanım göstərilən istiqamətlərdə vətəndaş məsuliyyəti, elmi vicdan tədqiqat obyektinə (sahəsinə) fanatikcəsinə vurğunluqla böyük səbir təmkin tələb edən bir işin öhdəsindən gəlmişlər. Çünki öhdələrinə götürdükləri işin məsuliyyətini əhəmiyyətini dərindən dərk etdikləri kimi ona ciddi yanaşa bilmişlər.

İmzalarkitabı, adının ikinci hissəsindən göründüyü kimi, “Molla Nəsrəddinjurnalına, bu mətbuat orqanındakı satirik gizli imzaların çeşidlənib təsnif edilməsinə həsr olunmuşdur. Onun birinci hissəsi jurnalın nəşrinin 1906-1921, ikinci hissəsi isə 1922-1931-ci illəri əhatə edir. Birinci hissədə 1556, ikinci hissədə 3641 olmaqla bütövlükdə kitabda 5197 anonim satirik gizli imza qeydə alınmışdır. Hər bir imzanın jurnalın neçənci il hansı nömrəsində işlənməsi, həmçinin əgər varsa, onların törəməsi - məsələn, “Məşədi Sijimqulu”, “Dostunuz Məşədi Sijimqulu”, “Nazimi Məşədi Sijimqulu”, “Ağlar güləyən”, “Yazanı Kablayı Feyzullah, nazimi Ağlar güləyən s. yerli-yataqlı göstərilmişdir. Bundan başqa, hər imzanın jurnalda hansı ildə neçə dəfə hansı nömrədə işlənməsini İmzalarbizə göstərir. Məsələn, məlum olur ki, “Molla Nəsrəddinimzası jurnalda 1906-1921-ci illərdə 230 dəfə işlənmişdir. Bütün bu rəqəmlərin əhatə etdiyi imzaları jurnalın səhifələrindən seçib onları qruplaşdırmaq zahirən kiməsə asan gələ bilər. Ancaq bu, zahirən asan görünsə , hər tədqiqatçının  görə biləcəyi deyil.  Həm əzablı olduğu qədər gərəklidir; “Molla Nəsrəddinjurnalı onun ayrı-ayrı müəllifləri, həmçinin ümumən ədəbiyyat tarixi sahəsində araşdırma aparan hər kəs üçün gərəkli qiymətlidir.

Bəlli olduğu kimi, qələm məhsulu jurnalda çap edilməsə , bəzi  müəlliflərə jurnalınPoçt qutusubölməsində elə yazını göndərdiyi imzanı göstərməklə cavab verilmiş, münasibət bildirilmiş, yaxud hər hansı əsərin sonunda ya hansısa hissəsində kiminsə adı xatırlanmışdır. İmzalar”da bütün tipli imza xatırlanmaları qeydə alınmışdır. Bu haqda kitabınBir neçə söz”ündə oxuyuruq:

Şeir felyetonların sonundasərlövhədə (başlıqda - A.B.),  hətta ayrı-ayrı mətnlər içərisində Poçt qutusu”nda olan bütün gizli imza inisial qeydə alınmışdır. Hər bir gizli imzanın qarşısında istifadə edildiyi mənbə - jurnalın ili, nömrəsi səhifəsi göstərilmişdir. Mətn daxilində sərlövhə Poçt qutusu”nda işlənən imza inisiallar mətn sonluğundakı imzalardan ulduz - * işarəsi ilə fərqləndirilmişdir”.

Bütün bunlar kitaba bir sistemlik gətirməklə yanaşı, ondan istifadəni asanlaşdırır.

İmzalarkitabıMolla Nəsrəddinjurnalının ensiklopediyasının hazırlanması istiqamətində uğurlu bir addımdır. Bu çətin milli mədəni dəyərlərimizin öyrənilməsi təbliği sahəsində zəruri işlərin ərsəyə gətirilməsində kitabın müəlliflərinə uğurlar hər cür dəstək arzulayırıq.

 

Alxan BAYRAMOĞLU,

filologiya elmləri doktoru, professor

 

Azərbaycan.- 2015.- 24 iyul.- S. 8.