“Azərbaycan Respublikası
ilə Pakistan İslam
Respublikası arasında
məhkumların verilməsi
haqqında Saziş” üzrə mərkəzi orqanın müəyyən
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2015-ci il martın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş”in Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədi ilə mərkəzi orqan qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən mərkəzi orqan barədə Pakistan İslam Respublikası tərəfinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2015-ci il
Azərbaycan.- 2015.- 25 iyul.- S. 1.