Prezident İlham Əliyev
İsrailin Azərbaycandakı
səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Rafael Harpazın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirən dövlətimizin başçısı gələcək fəaliyyətində ona uğurlar arzuladı.
Səfir Prezident İlham Əliyevə minnətdarlığını bildirdi və qeyd etdi ki, Azərbaycan ilə bağlı xoş xatirələr onun qəlbində daim yaşayacaq.
Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edildi, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan.- 2015.- 25 iyul.- S. 1.