Avropa İttifaqı Azərbaycanın siyasi iqtisadi əhəmiyyətini yüksək qiymətləndirir

 

Prezident İlham ƏLİYEV: “Bizim sıx siyasi münasibətlərimiz var biz onları gələcəkdə inkişaf etdirmək istəyirik

 

Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi ölkəmizə olan marağı artırmaqdadır. Məhz bu reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi iqtisadi əhəmiyyəti daha da yüksəlmiş, avrostrukturlara inteqrasiya prosesi sürətlənmişdir. Azərbaycanın Avropa İttifaqı ilə 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətləri son illər qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etməkdədir.

Azərbaycan Avropa İttifaqı arasındaTərəfdaşlıq əməkdaşlıq haqqındasaziş imzalanmış, bu sənəd ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından vacib əhəmiyyət daşımışdır. 2006-cı il 14 noyabr tarixdə AvropanınYeni qonşuluq siyasəti üzrə fəaliyyət planıtəsdiq edilmiş, ərazi bütövlüyü ilə bağlı prinsiplər dəstəklənmişdir. ÖlkəmizYeni qonşuluq siyasətiproqramı çərçivəsində təşkilatdan onun daxili bazarlarına çıxış kvotası, işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyə imkanını əldə edir. Bundan əlavə, yeni proqram çərçivəsində əməkdaşlıq Azərbaycana Avropa ölkələri ilə qarşılıqlı iqtisadi əlaqələrin qurulması, güzəştli ticarət kredit rejiminin yaradılması, əmək, bazar münasibətləri miqrasiya, narkobiznes mütəşəkkil cinayətkarlıqla mübarizə, investisiyaların təşviqi, yeni maliyyə mənbələrinin cəlb edilməsi imkanları yaradır. Avropa İttifaqı Azərbaycanla əlaqələrini TRASEKA Tərəfdaşlıq əməkdaşlıq sazişiçərçivəsində, eləcə Cənubi Qafqazda həyata keçirilən ümumi regional əməkdaşlıq layihəsi, Avrasiya bölgəsində sülhün, sabitliyin iqtisadi tərəqqinin təmin olunmasına yönəlmiş digər proqramlar çərçivəsində reallaşdırır.

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı onun önəmli sərmayədarlarından biridir. Ötən ilin sentyabr ayında Bakıda icrasına start verilmişCənubqaz dəhlizi layihəsi fəal icra olunur. Azərbaycan bu layihənin təşəbbüskarı olub layihəni vaxtında icra etmək üçün tərəfdaşlarla, qonşu ölkələrlə sərmayədarlarla səmərəli şəkildə işləyir. Təsdiqlənmiş qaz ehtiyatlarımız təxminən 2,6 trilyon kubmetrdir. “Cənubqaz dəhlizi üçün hələlik yeganə resurs bazası olanŞahdənizyatağında 1 trilyon kubmetrdən çox qaz var. Azərbaycanın zəngin qaz ehtiyatları Avropa istehlakçılarını onilliklər boyu təbii qazla təchiz etmək üçün kifayət edir. Cari ilin mart ayındaCənubqaz dəhlizi layihəsinin bir hissəsi olan TANAP layihəsinin tikintisinə start verilib bu, enerji şaxələndirilməsi layihəsidir. Azərbaycan resursları, infrastrukturu, böyük enerji layihələrinin həyata keçirilməsi təcrübəsi ilə öz rolunu oynayır. Ölkəmizin bu sahədəki rolu Avropa İttifaqı tərəfindən qəbul olunan sənədlərdə öz əksini tapıb. Avropa İttifaqı Azərbaycanın güclü iqtisadi potensiala malik olduğunu, qarşılıqlı ticarət əlaqələrinin inkişafından Avropanın yüksək dividend əldə edəcəyini görür.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun bu günlərdə ölkəmizə səfəri əlaqələrimizin dinamik inkişaf etdiyini bir daha sübuta yetirdi. Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk arasında keçirilən görüşdə Azərbaycan ilə bu qurum arasında əməkdaşlığın indiki vəziyyəti perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Azərbaycan ilə Avropa İttifaqı arasında indiyə qədər həm Avropa İttifaqı strukturları, həm Avropa ölkələri ilə geniş çoxtərəfli əməkdaşlıq həyata keçirilir. Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi, siyasi, ticari, enerji, mədəni, idman digər sahələrdə əməkdaşlıq məmnunluq doğurur. Bildirildi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın məzmunu forması daha da dəqiqləşdirilməli konkretləşdirilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin tezliklə hazırlanıb imzalanmasının vacibliyi qeyd olundu.

Görüşdən sonra Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirib: “Bu gün biz ikitərəfli münasibətləri regional məsələləri ətraflı şəkildə müzakirə etdik. Azərbaycan-Avropa İttifaqı əlaqələrində müsbət inkişafı görürük. Cənab prezident, Sizin səfəriniz bu əlaqələrin əhəmiyyətinin yaxşı göstəricisidir. Bizim sıx siyasi münasibətlərimiz var biz onları gələcəkdə inkişaf etdirmək istəyirik.

Biz bu gün regional təhlükəsizlik məsələsini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini bu münaqişənin necə həll olunması yollarını müzakirə etdik. Mən danışıqlar masası arxasında olan indiki vəziyyət münaqişənin tarixi barədə cənab prezidentə məlumat verdim. Münaqişə iki onillikdən çoxdur ki, davam edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan hissəsi - Dağlıq Qarabağ 7 digər rayonumuz 20 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən dərhal qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin onlar icra olunmur. Ermənistan Dağlıq Qarabağı 7 ətraf rayonu işğal edib, bir milyon azərbaycanlı bu təcavüzün qurbanına çevrilib onlar məcburi köçkün qaçqın vəziyyətinə düşüblər. İnsanlarımız Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıblar. Beynəlxalq hüquq normaları BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında münaqişənin tezliklə həll edilməsi Cənubi Qafqaz regionunun bütün xalqları üçün faydalı olardı. Biz ümid edirik ki, beynəlxalq ictimaiyyət Azərbaycan torpaqlarından çıxması üçün təcavüzkara daha çox təzyiq göstərəcək işğal olunmuş ərazilər azad edilən kimi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə başlanıla bilər. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir münaqişə bu zəmin üzərində öz həllini tapmalıdır”.

Azərbaycan tərəfi apardığı danışıqlar prosesində ədalətli, prinsipial beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirir. BMT ilə yanaşı, ATƏT-in, AŞ PA-nın, Avropa Parlamentinin, İƏT-in sənədlərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk səfəri zamanı təmsil etdiyi qurumun münaqişə ilə bağlı tutduğu mövqeyi bir daha bəyan etdi: “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini suverenliyini dəstəkləyir. Avropa İttifaqı ona üzv olan ölkələrDağlıq Qarabağ respublikası” tanımır. Status-kvo qəbulolunmazdır Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa İttifaqı üçün prioritet olaraq qalır. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməyə davam edirik”.

Azərbaycan Avropa İttifaqınınŞərq tərəfdaşlığıtəşəbbüsünü dəstəkləyərək bu proqramda da yaxından iştirak edir. Şərq tərəfdaşlığıProqramı çərçivəsində yaradılan Parlament Assambleyası ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq əlaqələri uğurla inkişaf etməkdədir. Vilnüsdə keçirilən Avropa İttifaqının III “Şərq tərəfdaşlığısammiti mühüm nəticələrlə yadda qaldı. Azərbaycan da daxil olmaqla altı ölkəni əhatə edənŞərq tərəfdaşlığıPolşa İsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Sammit çərçivəsində ən yaddaqalan hadisələrdən biri isə Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması olmuşdu. Ötən ilin payızında viza sadələşdirilməsi readmissiya müqaviləsinin qüvvəyə minməsi nəticəsində Şengen ərazisinə Azərbaycandan 70 min nəfər səfər edib. Azərbaycan vətəndaşlarının, xüsusilə çox səyahət edənlərin qısamüddətli viza əldə etmələrinin daha asan ucuz başa gəlməsi çox mühüm addım olmuşdur.

Prezident İlham Əliyevin yürütdüyü praqmatik, çevik, milli maraqların prioritetliyinə əsaslanan diplomatiya Azərbaycanı həm bütövlükdə Avratlantika məkanında strateji, önəmi birmənalı etiraf olunan dövlətə çevirmişdir. Bütövlükdə Azərbaycanın artan qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq regional əməkdaşlıq sahəsində bundan sonra da ölkəmizin aparıcı rola malik olacağını deməyə əsas verir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 25 iyul.- S. 4.