Euractivportalı Avropa İttifaqı Şurası prezidentinin Cənubi Qafqaza səfəri ilə bağlı məqalə yayıb

 

Avropanın məşhur media portallarından olanEuractivAvropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Cənubi Qafqaz ölkələrinə səfəri ilə bağlı məqalə yayıb.

Məqalədə bildirilir ki, Donald Tusk Bakıda Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini suverenliyini dəstəklədiyini açıq şəkildə bəyan edib. Müəllif Azərbaycan ərazisi olan Dağlıq Qarabağın ətraf rayonların ermənilər tərəfindən işğal olunduğunu diqqətə çatdırır. Qeyd edir ki, Ermənistan Dağlıq Qarabağ ərazisinə nəzarəti həyata keçirmədiyini iddia etsə , İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu yaxınlarda çıxardığı qərarla rəsmi Yerevanın həmin ərazilərə nəzarət etdiyi təsdiqlənib.

Diqqətə çatdırılır ki, Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı möhkəmləndirir.

Məqalədə, həmçinin Azərbaycanın qərəzli tənqid ittihamlara cavab vermək iqtidarında olduğu qeyd edilir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqindən fikirlərə yer verilir.

 

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 25 iyul.- S. 7.