Hər kağızı bir yarpağa dəyişəklayihəsi çərçivəsində 60 tondan çox kağız tullantısı toplanıb

 

Xəbər verildiyi kimi, bu il martın 18-də IDEA İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət AgentliyiHər kağızı bir yarpağa dəyişəklayihəsinə start verib.

Layihə çərçivəsində Bakı şəhərində regionlarda yerləşən “ASAN xidmətmərkəzlərinin qarşısında istifadə olunmuş kağızların qəbul məntəqələri quraşdırılıb. Bununla yanaşı, “Azərsunşirkəti tərəfindən 300 kiloqramdan artıq kağız tullantılarının ünvanlardan xüsusi nəqliyyat vasitələri ilə toplanması da təşkil edilir.

Layihənin başlandığı gündən etibarən dövlət qurumları, özəl sektor vətəndaşlar tərəfindən ona böyük maraq müşahidə olunmaqdadır. Belə ki, “ASAN xidmətmərkəzlərində aparılan son hesablamalara Azərsunşirkəti tərəfindən verilən son məlumatlara əsasən layihə çərçivəsində artıq 60 tondan çox kağız tullantısı toplanıb.

IDEA İctimai Birliyi kağız tullantılarının təhvil verilməsində xüsusi fəallıq göstərmiş Heydər Əliyev Fonduna, Ədliyyə  Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, “Azərbaycan Dəmir Yolları” QSC-, UNICEF-in Azərbaycandakı nümayəndəliyinə, SOCAR-ın Ekologiya İdarəsinə, Azərbaycan Dövlət Pedaqoji Kollecinə, Milli Aviasiya Akademiyasına, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna, Azad Azərbaycan Televiziyasına, Azərbaycan Dövlət Nəşriyyatı-”Azərnəşr”ə, Bakı şəhərindəki 21 298 nömrəli tam orta məktəblərinə, “Aselsan-Bakışirkətinə, “TURAN Bank” ASC-, Gəncə şəhəri Mədəniyyət Turizm İdarəsinə, Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya, Gəncə şəhəri 2 3 nömrəli peşə liseylərinə, Gəncə Debat Mərkəzinə, Naftalan şəhər 1 nömrəli orta məktəbinə, Gəncə Dövlət Universitetinə, Sumqayıt şəhər təhsil şöbəsinə, o cümlədən miqdarından asılı olmayaraq istifadə olunmuş kağız təhvil verən digər dövlət qurumlarına, özəl təşkilatlara vətəndaşlara layihədə fəal iştiraka görə təşəkkürünü bildirib.

Layihəyə əsasən hər 50 kiloqram kağız qarşılığında bir ədəd ağacın alınaraq əkilməsi planlaşdırılıb. Bununla da toplanmış 60 ton kağız tullantısı qarşılığında 1200 ədəd ağacın növbəti ağacəkmə aksiyasında əkilməsi təmin edilmiş olub. 

Respublika səviyyəsində həyata keçirilən bu layihənin əsas məqsədi kağız israfını azaltmaq təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə ekoloji balansın saxlanılmasına nail olmaqdır. IDEA İctimai Birliyi bu məqsədə birgə çatmaq üçün kağız tullantılarını təhvil verərək layihədə iştirak etməyə dəvət edir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 25 iyul.- S. 7.