Qəbələ VII Beynəlxalq Musiqi Festivalı Avstriya İtaliyanın kamera simfonik orkestrlərinin konsertləri ilə başlayacaq

 

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə iyulun 25-dən başlayaraq Qəbələ şəhərində keçiriləcək VII Beynəlxalq Musiqi Festivalında Azərbaycan xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, festivalın proqramına əsasən iyulun 31-dək İtaliya Simfonik Orkestri, RusiyanınMoskva virtuozlarıkamera orkestri, Avstriyanın Vayner Akademiyasının kamera ansamblı, İspaniyanınFlamenkoansamblı, Xorvatiyanın “Dubrovnik Guitar Trio” qrupu, eləcə Ukrayna, İsrail Almaniyadan olan məşhur musiqiçilərin, o cümlədən Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud başqalarının möhtəşəm konsertləri olacaq.

Konsertlər Heydər Əliyev adına Konqres Mərkəzində açıq havada quraşdırılan səhnədə keçiriləcək. Musiqi bayramı iyulun 25-də saat 18:00-da AvstriyanınVayner Akademiyakamera orkestrinin konserti ilə başlayacaq. Həmin gün axşam saat 21:00-da isə açıq havadakı səhnədə Qəbələ VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq. Mərasimdən sonra isə İtaliya Simfonik Orkestri möhtəşəm konsertlə çıxış edəcək.

Qəbələdə bu beynəlxalq musiqi bayramına son hazırlıq işləri görülür. Heydər Əliyev adına Konqress Mərkəzinin yanındakı yaşıllıq ərazidə açıq havada səhnənin quraşdırılması işləri başa çatdırılıb. Festival günlərində Qəbələyə yüzlərlə yerli xarici qonağın, turistlərin gələcəyi nəzərə alınaraq şəhərin küçələrində, park bağlarında abadlıq işləri həyata keçirilib, səliqə-sahman yaradılıb, gecə işıqlandırma sistemi qaydaya salınıb. Otellərdə turistlərin qarşılanması onlara yüksək xidmətin göstərilməsi üçün hər cür şərait yaradılıb. Festivalla bağlı Qəbələnin müxtəlif ərazilərində xüsusi plakatlar da quraşdırılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 25 iyul.- S. 8.