Avropa İttifaqı bu regionda Azərbaycansız heç əldə edə bilməz

 

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri bir daha göstərdi ki, bu qurum Azərbaycanla tərafdaşlığın inkişaf etdirilməsində olduqca maraqlı israrlıdır. Bu səfər Azərbaycan-Avropa əlaqələri baxımından da mühüm hadisələrdən biri idi.

Azərbaycan müstəqilliyini bərpa edən müddətdən bəri Avropa dövlətləri ilə strateji sahələrdə uğurlu sıx əməkdaşlıq edən ölkədir. Ölkəmizin enerji sahəsində həyata keçirdiyi layihələr regionun sabitliyinə Avropanın enerji təhlükəsizliyinə mühüm  töhfə verir. Eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində terrorizmə qarşı səmərəli mübarizə aparır, Avropa strukturları ilə dünyanın müxtəlif yerlərində sülhyaratma missiyası çərçivəsində sıx əməkdaşlıq edir.

Avropa İttifaqı Azərbaycanı yüksək potensiala malik ölkə hesab edir onun beynəlxalq münasibətlər sistemində rolunu yüksək qiymətləndirir. Son siyasi prosesləri şərh edən əksər ekspertlərin gəldiyi nəticə belədir. Onların fikrincə, artıq Avropa İttifaqı Azərbaycanın gücünü etiraf edir onunla təzyiq, təhdid vasitələri ilə davranmağın heç bir nəticə verməyəcəyini yaxşı bilir.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyir ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri müsbət hadisə idi. Ən azı ona görə ki, son zamanlar əsaslandırılmamış diplomatik qaydalara sığmayan tələblərlə dolu bəyanatlar mənfi bir mühit, münasibətlərdə müəyyən gərginlik yaratmışdı: “Əvvəlcə bildirilirdi ki,  Donald Tusk ancaq İrəvan Tbilisidə olacaq. Lakin Prezident İlham Əliyevin sərt çıxışından sonra anladılar ki, ümumiyyətlə, Cənubi Qafqazda Azərbaycansız hansısa bir görmək qeyri-mümkündür. Onu da qeyd edək ki, D.Tuskun Tbilisidə İrəvanda keçirdiyi görüşlər Avropa İttifaqının yardımları ilə dolanan əlaltıları ilə adi görüşlər idi. Halbuki Azərbaycanda danışmağa real məsələlər var. Enerji, iqtisadiyyat, investisiya məsələləri s.  Ona görə Bakıya səfər etdi”.

Şurası prezidentinin Bakıda səsləndirdiyi bəyanata da toxunan politoloqa görə, Tusk çıxışında Azərbaycanın ərazi bütövlüyünün pozulmasını qeyd etməyə bilməzdi: “Sadəcə olaraq bu, daha çox bəyanatdır, sözdür. Çünki biz görürük ki, Ukraynanın ərazi bütövlüyünün pozulması orda separatçıların fəaliyyətinə görə Rusiyaya nəzarətə keçirilən bölgələrə sanksiyalar tətbiq edilib. Ermənilərə isə yardımlar edirlər. Bu, əslində verilən bəyanatlarla üst-üstə düşmür. Yəni biz Avropa İttifaqından təkcə sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yox, konkret tədbirlər görmək istərdik. Təəssüf ki, hələlik bu məsələlərdə konkretlilik görmürük”.

Deputatın fikrincə, bu səfər bir daha təsdiqlədi ki, Azərbaycan Avropa İttifaqının təsir dairəsində olmaq niyyətində deyil: “Rəsmi Bakı ikitərəfli qaydada qarşılıqlı maraqları nəzərə alaraq strateji əməkdaşlıq qurmağa hazırdır. Donald Tuskun dilindən sanki buna Avropa İttifaqının da razı olduğu səsləndi. Əgər belədirsə, onda gərginliyə yol verilməməlidir. Ancaq təəssüf ki, bunun birmənalı şəkildə olacağını demək mümkün deyil. Bizim mövqeyimiz məlumdur. Ölkəmizə qarşı hər hansı bir hərəkətə Azərbaycan adekvat cavab verəcək”.

Milli Məclisin deputatı, professor Musa Qasımlı da bildirdi ki, Azərbaycan Avropa İttifaqının xarici siyasətində həm çoxtərəfli, həm ikitərəfli münasibətlərdə mühüm yer tutur. Ona görə Avropa İttifaqı bu regionda Azərbaycansız heç bir şey əldə edə bilməz: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan ölkədir. rəhbəri Donald Tuskun səfəri sübut etdi ki, Avropa İttifaqı Qərb ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu rəsmi Bakının müəllifi olduğu enerji layihələrinin əhəmiyyətini yüksək qiymətləndirir”.

Avropa İttifaqı ilə əməkdaşlıqda Azərbaycanın bir sıra gözləntiləri var. Bunlar Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli, milli maraqların qorunmasıdır. Deputat deyir ki, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əməkdaşlığı heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. Eyni zamanda, Azərbaycanın region ölkələri ilə yaxşı münasibətləri Avropa İttifaqının əleyhinə deyil: “Ona görə Avropa İttifaqı Azərbaycanın maraqlarını nəzərə almalıdır. Əgər həmin maraqlar nəzərə alınmasa, Avropa İttifaqı bundan qazanmaz”.

Deputatın sözlərinə görə, avratlantik məkana inteqrasiya, beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana qədər lazımdırsa, Azərbaycan da həmin məkanla, beynəlxalq qurumlarla əməkdaşlıq üçün bir o qədər lazımlı əhəmiyyətlidir:  “Bu fikir artıq neçə illərdir, həm ölkə rəhbərliyi, həm parlamentarilər, həm siyasilər səviyyəsində dəfələrlə açıq şəkildə bəyan edilib, prinsipial mövqe ortaya qoyulub. Çox qısa zaman kəsiyində sürətli dinamik inkişaf yolu keçən Azərbaycan regionun lider, dünyanın aparıcı, söz nüfuz sahibinə çevrilən dövlətlərindən biri olmaqla, Avropanın dünyanın enerji təhlükəsizliyində, sülhün təhlükəsizliyin təmin olunmasında önəmli rola malikdir. Ona görə Avropa İttifaqı yaxşı bilir ki, bu gün Ermənistanla yox, Azərbaycanla münasibətlər ancaq müsbət istiqamət üzrə inkişaf etdirilməlidir”.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2015.- 26 iyul.- S. 3.