Mətbuat cəmiyyətimizin ayrılmaz tərkib hissəsidir

 

Artıq neçə illərdir ki, 22 iyul - “Əkinçiqəzetinin nəşrə başladığı gün ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir. Bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Azərbaycanda jurnalistikanın inkişafı üçün lazımi şəraiti yaratdı. Ondan sonrakı dövrdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət medianın inkişafı üçün bütün zəruri işləri görür. Başqa sözlə, Azərbaycan dövləti medianın qayğılarını öz problemləri kimi qarşılayır, media nümayəndələrinə hərtərəfli diqqət göstərir.

1875-ci il iyulun 22-də maarifçi publisist Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayanƏkinçiqəzeti 2 ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirdi. Qəzetdə elm, maarif, mədəniyyət, incəsənət kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc olundu, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparıldı. Lakin bunu həzm edə bilməyən imperiya qüvvələri tərəfindən 29 sentyabr 1877-ci ildəƏkinçi”nin nəşri dayandırıldı. Bu müqəddəs missiyanı XX əsrdə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəsmi orqanıAzərbaycanqəzeti davam etdirdi. Bolşevik qiyafəli qara qüvvələrin Azərbaycanın müstəqilliyinə qənim kəsilən mürəkkəb bir şəraitdə qəzetin redaktoru Üzeyir bəy Hacıbəyli, dövrün ziyalıları azad, müstəqil, suveren bir dövlət qurmaq, xalqın milli şüurunu, milli mənliyini özünə qaytarmaq üçün müxtəlif səpkili yazılarla qəzetdə çıxış edirdilər. Çoxillik tarixə malik dünya dövlətləri sırasına yenicə qoşulan Milli hökumət mövcud informasiya imkanlarını genişləndirməyə, gənc respublikanın xarici ölkələrlə mətbu əlaqələrini təmin etməyə, fəaliyyəti barədə yerli xarici ölkə vətəndaşlarını məlumatlandırmağa ciddi ehtiyac duyurdu. Odur ki, ölkədəki söz, mətbuat, sərbəst düşüncə azadlıqlarının inkişafı yönündə ciddi tədbirlər həyata keçirirdi, “Mətbuat haqqında Nizamnaməqəbul edildi. Nizamnaməyə əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 3 iyul tarixli qərarı ilə həftədə iki dəfə çıxanAzərbaycan Cümhuriyyəti hökumətinin xəbərlərinəşrə başladı. Bu xəbərlərdə əhali hökumətin, ayrı-ayrı nazirliklərin qəbul etdikləri qərarlarla, əmr təlimatlarla ətraflı tanış olurdular.

Azərbaycan Xalq Cümhuriyyətinin atributuna çevrilənAzərbaycanqəzetinin səhifələrində 1918-1920-ci illər ərzində ölkədə baş verən ictimai-siyasi proseslər, iqtisadi mədəni sahədəki yeniliklər, həyata keçirilən islahatlar, parlamentdə qəbul edilən qərarlar genişliyi ilə öz əksini tapmışdır. Qəzet erməni qəsbkarlarının yerli müsəlman-türk əhalisinə qarşı etdiyi vəhşiliklər, qətliamlar, yandırılan evlər, dağıdılan kəndlər, bolşevik-daşnak silahlı birləşmələrinin törətdikləri qırğınlar barədə dəfələrlə yazdı. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti XI ordu tərəfindən süquta uğradılanda, “Azərbaycanqəzetinin, eləcə həftədə iki dəfə nəşr olunanXəbərlərqəzetinin taleyi, Milli hökumətin taleyi kimi oldu.

Əkinçi”dən üzü bəriAzərbaycan”a kimi milli mətbuatımızın tarixində onlarca qəzet, jurnal, məcmuə yaradılıb, bir müddətdən sonra ya maliyyə çatışmazlığı, ən çox hallarda isə senzuranın təzyiqləri nəticəsində fəaliyyəti dayandırılıb. Bununla belə, “Əkinçi”nin ənənələrini davam etdirən qəzet məcmuələr xalqımızın azadlıq arzularının gerçəkləşməsinə, mənəvi dəyərlərin qorunmasına, ictimai fikrin, insanlarda vətənpərvərlik hissinin formalaşmasına böyük töhfələr vermişdir.

Azərbaycan milli mətbuatının 140 illik yubileyi ərəfəsində Prezident Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdə demişdir: “Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir. Ancaq bu da həqiqətdir ki, müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. Bu barədə biz sizinlə dəfələrlə danışmışıq, - xüsusilə 1998-ci ildə Prezident Heydər Əliyevin tarixi fərmanı ilə senzuranın ləğv olunması mətbuat üçün yeni dövr açdı Azərbaycan mətbuatı artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır”. Uzun şərəfli yol keçən Azərbaycan mətbuatının əsas inkişaf dövrü, ölkə rəhbərinin qeyd etdiyi kimi, dövlət müstəqilliyimizlə bağlıdır. Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra böyük çətinliklər problemlər içində olan mətbuatımızın dirçəldilməsinə, inkişafına xüsusi önəm vermiş, azad sözün, müstəqil mətbuatın zəngin qanunvericilik bazasını yaratmışdır. Azərbaycan mətbuatı tarixində ölkə Konstitusiyasında azad sözün müdafiəsi ilə bağlı təsbitlərin yer alması, müfəssəl müddəaların qeyd edilməsi, o cümlədən 1998-ci ildə senzuranın ləğvi, KİV haqqında qanunun qəbulu ulu öndərin diqqət qayğısı sayəsində reallaşmışdır. Ümummilli liderin siyasi iradəsi böyük səyi sayəsində plüralizm, söz mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb. Milli mediamızın müstəqillik illərində keçdiyi yol, dövlətin bu sahəyə verdiyi misilsiz dəyər müqayisəyəgəlməzdir. Azərbaycan dövlətinin artan imkanları milli mətbuatımızın inkişafı yolunda çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə geniş şərait yaratmışdır.

Hazırda Azərbaycanda 200-dən artıq qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya radio fəaliyyət göstərir. İnternetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olub. Artıq ölkə əhalisinin 75 faizi internet istifadəçisidir. 40-dək qəzetə kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımlarının edilməsi, mətbuatın inkişafında rolu olan jurnalistlərin mükafatlandırılması, onların mənzil probleminin həlli üçün Prezidentin Ehtiyat Fondundan kifayət qədər vəsaitin ayrılması da bu sahəyə diqqətin qayğının bariz nümunəsidir. Ümumiyyətlə, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan hadisədir. İki il öncə - 2013-cü il iyulun 22-də 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina tikilərək jurnalistlərin istifadəsinə verilmişdir. Dövlət başçısı mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin müsbət təcrübəsini nəzərə alaraq bu istiqamətdə aparılan işlərin davam etdirilməsi məqsədilə növbəti sərəncam imzalamışdır. Sərəncama əsasən, mətbuat işçiləri üçün yeni yaşayış binasının tikintisi ilə bağlı 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Ehtiyat Fondundan ilkin olaraq 5 milyon manat vəsait ayrılmışdı. Bu ayın 21-də isə ölkə rəhbəri həmin binanın inşasını tamamlamaq üçün Prezidentin Ehtiyat Fondundan daha 5 milyon manat vəsait ayrılması barədə sərəncam imzalamışdır.

Milli mətbuatın inkişafına jurnalistlərin sosial şəraitinin yaxşılaşmasına göstərilən bu yüksək diqqət qayğı müqabilində mətbuatdan ölkə rəhbərliyinin media ilə bağlı gözləntiləri təbiidir. Ölkə rəhbəri milli mətbuatın yaradılmasının 140 illiyi münasibəti ilə Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdə bu barədə deyib: “Biz hamımız çalışırıq çalışacağıq ki, ölkəmizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı rifahını təmin edək. Əlbəttə ki, burada həm iqtidarın üzərinə böyük funksiya, həm mətbuatın üzərinə böyük vəzifələr düşür”.

Göstərilən qayğıya əməli işlə cavab vermək isə hər bir media işçisinin həm vəzifə, həm vətənpərvərlik borcu olmalıdır.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2015.- 26 iyul.- S. 3.