Bəstəkar Cahangir Qarayevin yeni tapılan əsəri ilk dəfə Qəbələ VII Beynəlxalq Musiqi Festivalında səsləndiriləcək

 

Qəbələ Beynəlxalq Musiqi Festivalının nüfuzu ildən-ilə artır. Builki festivalın proqramı çox zəngindir. Festivalda rəngarəng konsertlər olacaq fərqli musiqi əsərləri səsləndiriləcək.

Bu sözləri Qəbələ VII Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli AZƏRTAC-a müsahibəsində deyib.

Fərhad Bədəlbəyli bildirib ki, konsertlərdə Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya Almaniyadan dünya şöhrətli ustad sənətkarlar məşhur kollektivlər iştirak edirlər. Festivalda simfonik kamera konsertləri musiqisevərlərə dünya musiqisinin zənginliyini duymağa imkan verəcək.

Azərbaycanın füsunkar guşələrindən biri olan Qəbələnin ənənəvi beynəlxalq musiqi festivalına uğurla ev sahibliyi etdiyini diqqətə çatdıran Fərhad Bədəlbəyli əminliklə söyləyib ki, burada səslənən musiqi yerli əhaliyə, turistlərə unudulmaz anlar bəxş edəcək, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacaq.

Fərhad Bədəlbəyli Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda doğuran bu musiqi bayramının təkrarolunmaz dəst-xəttinin olduğunu qeyd edərək deyib: “Biz bu il Üzeyir Hacıbəylinin 130 illik yubileyini qeyd edirik. Bu festival çərçivəsində dahi bəstəkarın əsərləri səsləndiriləcək. Bu yaxınlarda bəstəkar Cahangir Qarayevin əsərinin əlyazmasını tapmışıq. İlk dəfə həmin əsər bu festivalda səsləndiriləcək. Bu festival həm dünyada nadir hallarda keçirilən musiqi tədbirlərindən biridir ki, burada konsertləri tamaşaçılar bilet almadan pulsuz izləyə bilirlər. Bu tədbir kommersiya xarakteri daşımır. Qəbələ festivalı klassik musiqinin təbliği, maarifçilik məqsədilə keçirilir. Əvvəlki illərlə müqayisədə artıq insanlar bu konsertlərə həvəslə gəlirlər böyük maraq göstərirlər. Ümid edirəm ki, bu festivalın uğurları daha böyük olacaq”.

 

Azərbaycan.- 2015.- 26 iyul.- S. 4.