Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
№
254 Bakı şəhəri,
7 iyul 2015-ci il
“Azərbaycan Respublikasında
heyvanlar aləmi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 117 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1226-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 1155 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 117 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 564; 2002, № 2, maddə 101; 2004, № 9, maddə 745; 2007, №12, maddə 1336; 2008, № 2, maddə 132) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş “Heyvanlar aləmindən ümumi və xüsusi istifadə Qaydaları” üzrə:
1.1. I bölmənin 3-cü hissəsində “idman və həvəskar balıq ovu” sözləri “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilsin;
1.2. I bölmənin 4-cü hissəsində, II və III bölmələrdə “idman və həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının idman və həvəskar ovu” sözləri ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş “Ekoloji təhlükəsizlik normativləri və vəhşi heyvanların əldə edilməsi limitləri” üzrə:
2.1. II bölmənin 4-cü hissəsindən “əhəmiyyətli” sözü çıxarılsın;
III bölmənin 5-ci hissəsinin b) bəndində “və su heyvanları” sözləri “və digər su bioresursları” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 28 iyul.- S. 1.