Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
№
256
Bakı şəhəri,
7 iyul 2015-ci il
“Azərbaycan Respublikası
ərazisində dövlət
mühafizəsinə götürülmüş
daşınmaz tarix və mədəniyyət
abidələrinin əhəmiyyət
dərəcəsinə görə
bölgüsünün təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təklifini və Azərbaycan Milli Elmlər Akademiyasının rəyini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 555; 2005, № 11, maddə 1065; 2006, № 12, maddə 1161; 2007, № 7, maddələr 737, 738; 2008, № 1, maddə 36, № 2, maddə 104, № 6, maddələr 582, 584, 586, № 7, maddələr 680, 681, 682; 2009, № 7, maddə 609, № 10, maddə 848; 2010, № 6, maddə 566, № 7, maddə 704, № 8, maddə 760; 2012, № 3, maddə 264, № 6, maddə 636; 2013, № 3, maddə 338, № 4, maddə 440, № 6, maddə 727, № 10, maddələr 1201, 1213; 2014, № 1, maddə 57, № 5, maddə 586, №7, maddə 911; 2015, №4, maddələr 460, 480) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na aşağıdakı məzmunda 210-1-ci hissə əlavə edilsin:
210-1. Körpü VII –IX əsrlər Bərdə, Tərtər çayının üzərində
2. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın 4156-cı hissəsi ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 28 iyul.- S. 2.