Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Gürcüstana səfərə gəlib

 

Milli Məclisin sədri Oqtay Əsədov Tbilisidə keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etmək üçün iyulun 26-da Gürcüstanın paytaxtına səfərə gəlib.

Hava limanında Oqtay Əsədovu Gürcüstan parlamenti sədrinin birinci müavini Manana Kobaxidze, Azərbaycan səfirliyinin əməkdaşları digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Oqtay Əsədovun Gürcüstanın rəsmi şəxsləri, tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 28 iyul.- S. 2.