Azərbaycan Dövlət Dəniz Akademiyasında görüş

 

İyulun 27-də “Azərbaycan Xəzər Dəniz GəmiçiliyiQapalı Səhmdar Cəmiyyətinin (QSC) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) təhsil naziri Mikayıl Cabbarovun QSC-nin sədri Rauf Vəliyevin iştirakı ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Çingiz Əliyevi ADDA-ya rektor təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Təhsil naziri bildirib ki, Dövlət Dəniz Akademiyasının ölkəmizin ali təhsil sistemində xüsusi yeri var: “Bu Akademiya ölkənin iqtisadi inkişafında mühüm yeri olanXəzər Dəniz Gəmiçiliyi”nin peşəkar kadrlarla təmin edilməsində vacib rol oynayır. Tələbələrin kamil mütəxəssis kimi yetişməsində təcrübənin rolu böyükdür. Buna görə tələbələrin gəmilərdə tədris, istehsalat üzmə təcrübələrinə xüsusi diqqət yetirilir. Dəniz Akademiyasında tədrisin təkmilləşdirilməsinə, elm istehsalatla əlaqəyə ciddi fikir verilir. Əminəm ki, Prezident İlham Əliyevin 2015-ci il 24 iyul tarixli Sərəncamı ilə ADDA-ya rektor təyin olunan Çingiz Əliyev qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, ona bəslənən ümidləri doğruldacaq”.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev isə ölkəmizdə gəmiçiliyin möhkəm təməl üzərində bərqərar olduğunu diqqətə çatdırıb. İqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin tranzit potensialının gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 22 oktyabr tarixli Sərəncamı ilə respublikada mövcud olan iki böyük donanmanın əsasındaAzərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradıldığını vurğulayan R.Vəliyev səhmdar cəmiyyətin peşəkar kadrlarla təmin edilməsində Akademiyanın üzərinə düşən vəzifələrdən danışıb.

Qeyd olunub ki, 1881-ci ilin noyabrında Azərbaycanda dənizçi kadrların hazırlanması ilə ölkədə dənizçilik təhsilinin bünövrəsi qoyulub. Azərbaycan Dövlət Dəniz Akademiyası isə ulu öndər Heydər Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz yolları məktəbinin bazasında yaradılıb. Hazırda ADDA da 3 fakültə, 12 kafedra fəaliyyət göstərir. ADDA Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tanınıb, onun təşəbbüsü ilə dünya ali dəniz təhsili sisteminə daxil edilib. Akademiya MDB xarici ölkələrin ali dənizçilik məktəbləri ilə əməkdaşlıq edir Sankt-Peterburqdakı admiral S.Makarov adına Dəniz Akademiyası yanında elmi-metodik Şuranın üzvüdür. ADDA-nın diplom sertifikatları beynəlxalq səviyyədə tanınır.

Bildirilib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində uğurlu addımlar atılmaqdadır. Bu siyasət peşəkar kadrların yetişdirilməsinə, təhsilin müasirləşməsinə yönəlib. QSC sədriXəzər Dəniz Gəmiçiliyi”nin yüksək ixtisaslı kadrlara ehtiyacının olduğunu vurğulayaraq deyib: “Bu gün bizə peşəkar kadrlar lazımdır. Odur ki, ixtisaslı dənizçilərin hazırlanmasında keyfiyyətə üstünlük verilməlidir”.

Sonra ADDA-nın rektoru Çingiz Əliyev ona göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib.

 

Azərbaycan.- 2015.- 28 iyul.- S. 3.