Vətən yenə çağırsa...

 

Hələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bitməyib. Ölkəmiz müharibə şəraitindədir. Buna baxmayaraq, Azərbaycan sürətlə inkişaf edərək güclü bir dövlətə, beynəlxalq məkanda sanballı etibarlı tərəfdaşa çevrilib. Ölkə Prezidenti İlham Əliyev bir nömrəli problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün fədakarlıqla çalışır. Dövlət başçısı çıxışlarında dəfələrlə bəyan edib ki, biz sülh tərəfdarıyıq, çalışırıq ki, münaqişə sülh yolu ilə öz ədalətli həllini tapsın, ancaq Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etmək üçün zəfər yürüşünə hər an hazırdır bu müqəddəs işin öhdəsindən layiqincə gəlmək iqtidarındadır.

Bu gün hər kəsə, hətta ölkəmizi sevməyənlərə bəllidir ki, Azərbaycan Silahlı Qüvvələri modern silah-sursat potensialına, yüksək maddi-texniki təminata, mənəvi-psixoloji döyüş hazırlığına malikdir. Vahid komandanlıq altında yüksək peşəkarlıqla idarə olunan Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi bilik bacarıqlara yiyələnmiş şəxsi heyəti hər bir təcavüzkara tutarlı cavab verməyə qadirdir. Onun sıralarında xidmət edən hər bir azərbaycanlı bu dövrü həyatının ən şərəfli günləri sayır, geydiyi hərbi paltarın, tutduğu silahın, qarşısında diz çöküb öpdüyü bayrağın qürurunu yaşayır. Ordu quruculuğunun ilk illərində ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün böyük bir iftixar mənbəyidir, şərəfli bir vəzifədir. Orduda xidmət etmiş, öz vətəndaşlıq borcunu yerinə yetirmiş hər bir gənc bizim cəmiyyətdə, həyatımızın bütün sahələrində ən dəyərli insan hesab olunmalıdır. Azərbaycan Ordusu Azərbaycan xalqının, bütün dövlət orqanlarının, vətəndaşların diqqəti qayğısı ilə əhatə olunmalıdır”.

Ölkəmizdə əsgər gedən oğullar təntənəli şəkildə yola salınır, valideynlər, əmək müharibə veteranları, ictimaiyyətin nümayəndələri onlara xeyir-dua verir, hərbi xidmətdə uğurlar arzulayırlar. Çox fərəhli haldır ki, artıq yeni bir ənənə yaranır - ordu sıralarından tərxis olunan gənclərin qarşılanmasına həsr olunmuş təntənəli mərasimlər keçirilir. Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yasamal rayon şöbəsinin rəisi, polkovnik Namiq Hüseynov belə mərasimlərin əhəmiyyətini xüsusi vurğuladı: -Yolasalma mərasimlərində deyilən xoş sözlər, bildirilən arzular ordu həyatının astanasında olan çağırışçı-əsgərə psixoloji cəhətdən dayaq olur, onun vətən, torpaq sevgisinin, vətənpərvərlik duyğularının daha da güclənməsinə təsir edir. Qarşılanma mərasimləri isə tərxis olunanların keçdikləri şərəfli ordu həyatına verilən ictimai dəstəyin ifadəsi, eyni zamanda onların qarşıdakı mülki həyatına duyğusal bir keçid məqamıdır. Hər kəs onları təbrik edir, uğurlar arzulayır, ata-analarına gözaydınlığı verir. Biz hərbi biletləri onlara təntənəli şəkildə təqdim edirik. Bu, sonrakı nəsillər üçün bir örnəkdir.

Qeyd edək ki, bu günlər belə bir təntənəli qarşılanma mərasimi Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon şöbəsinin Yasamal Rayon İcra Hakimiyyəti aparatının birgə təşkilatçılığı ilə keçirildi. Mərasim iştirakçıları Yasamal RİH-in “Muzeybölməsində yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular. Sonra akt zalındaQarabağa qayıdışvideofilmi nümayiş olundu. Dövlət himni səsləndirildikdən sonra Yasamal RİH başçısının müavini Təravət Muradova tədbiri açaraq mərasimə dəvət olunmuş əsgərləri hərbi xidməti uğurla başa vurduqlarına görə təbrik etdi, onların valideynlərinə gözaydınlığı verdi, əmin olduğunu bildirdi ki, bu gün görüşünə toplaşdığımız gənclər mülki həyatda da öz gərəkli fəaliyyətləri ilə hər kəsi sevindirəcəklər.

Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon şöbəsinin rəisi, polkovnik Namiq Hüseynov çıxışında bildirdi ki, indi cəmiyyətdə Azərbaycan əsgərinin ünvanına, şərəfinə deyilən xoş sözlər daha ucadan eşidilir. Xalqın öz ordusuna inamı sevgisi daha da artır. Ordumuz indi daha qüdrətlidir.

Hərbi xidmətdən tərxis olunmuş gənclərə üz tutan polkovnik N.Hüseynov əmin olduğunu xüsusi vurğuladı ki, siz mülki həyatda orduda aldığınız təlim-tərbiyə təcrübədən bəhrələnərək dövlətimizin daha da qüdrətlənməsinə çalışacaqsınız: “Komandirlərinizin etimadını doğrultduğunuz kimi, arxa cəbhədə valideynlərinizin ümidlərini doğruldacaq, ata-ananıza layiqli övlad, ölkəmizə dəyərli vətəndaş olacaqsınız. Əminəm ki, lazım gəlsə, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda vətənin çağırışı ilə yenidən silaha sarılıb düşmən üzərinə yollanacaqsınız”.

Rayon Müharibə Əmək Veteranları Şurasının sədri Almaz Qasımova, Qarabağ müharibəsi veteranları Qalib Kərimov, Elxan Həşimov, rayon Gənclər İdman İdarəsinin rəisi İlham Səfərov, məşğulluq idarəsinin baş məsləhətçisi Növrəstə Bağırova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları Şəhid Ailələri İctimai Birliyinin sədri Bəhram Şeydayev, rayon Ziyalılar Cəmiyyətinin sədri Rasim Nəbiyev rayon Ağsaqqallar Şurasının sədri Kərim Kərimov da hərbi xidmətlərini uğurla başa vurmuş gəncləri təbrik etdilər, onlara həyatlarının qarşıdakı illərində uğurlar arzuladılar.

Əsgərlikdən yenicə qayıtmış Cabir Əmirxanlının anası Çiçək Ağayevanın çıxışı da tədbir iştirakçılarını çox duyğulandırdı: “Cabiri əsgər yola salanda da kövrəlmişdim, qarşılayanda da - hər ikisi sevincdəndir. O zaman sevindim ki, mənim oğlum əsgər getdi, mən əsgər anası oldum. İndi sevinirəm ki, oğlum hərbi xidməti şərəflə başa vurub, alnıaçıq, başıuca qayıtdı. Bütün əsgər analarını təbrik edir, onlara gözaydınlığı verirəm. Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə analar adından minnətdarlığımı bildirirəm ki, belə gözəl, möhkəm, nizam-intizamlı ordu yaradıb. Balalarımız da heç bir çətinlik çəkmədən, gözəl şəraitdə hərbi xidmətlərini başa vurub evimizə qayıdırlar. Bir ana kimi inanıram ki, torpaqlarımız tezliklə düşməndən azad ediləcək, onda daha böyük bayramlarımız olacaq”.

Hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı isə gəncləri onların analarını öz mahnıları ilə təbrik etdi. Sonra ordu sıralarından tərxis olunmuş gənclərə təntənəli şəkildə hərbi biletlər təqdim olundu. Ş.Əlizamanlı hədiyyə olaraq onlara vətənpərvərlik mahnılarından ibarət yeni disklərini payladı.

Mərasimin sonunda söhbət etdiyimiz gənclərdən Samir Səlimov, Nikolay Pavlenko, Elçin Ağayev digərləri xüsusi vurğuladılar ki, hərbi xidmətdən tərxis olunsalar da, istənilən an vətənin çağırışına, yenidən silaha sarılmağa hazırdırlar.

Bəli, bu gün əsgər orduda özünü daha rahat, daha güvənli, psixoloji cəhətdən daha güclü hiss edir. Bütün bunlar dövlətin, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yüksək diqqəti qayğısı sayəsində mümkün olub. Məhz bu qayğının nəticəsidir ki, gənclər hərbi xidmət dövrünü həyatlarının ən şərəfli hissəsi sayır, istənilən zaman bu həyatı yenidən yaşamağa hazır olduqlarını bildirirlər.

 

Telman NƏZƏRLİ,

 

Azərbaycan.- 2015.- 28 iyul.- S. 3.