Azərbaycanın Hava Hücumundan
Müdafiə Qoşunlarının
döyüş hazırlığı
yoxlanılıb
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyəcan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlim-döyüş tapşırığının yerinə yetirilməsi düşmənin təyyarə, helikopter, PUA, o cümlədən onun perspektivində ola biləcək ballistik və qanadlı raketlərinin məhv edilməsi üçün nəzərdə tutulan “Buk-MB” tipli zenit-raket komplekslərinin müxtəlif rejimlərdə istifadəsinin yoxlanılması ilə həyata keçirilib.
Tapşırığın yerinə yetirilməsi zamanı şərti düşmənin hava hədəfləri imitatorları aşkarlanaraq izlənməyə götürülüb və praktiki raket atışları ilə dərhal məhv edilib.
Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan.- 2015.- 28 iyul.- S. 3.