Dünya siyasətinə böyük təsir imkanları olan dövlətlər Azərbaycanla hesablaşır

 

Prezident İlham ƏLİYEV: “Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz

 

Azərbaycanın son illərdəki dinamik inkişafı fonunda ölkənin qarşısında müəyyənləşdirilmiş məqsəd vəzifələr ümumilikdə milli ideyanın xarakteri statistik səciyyə daşımır, zamanla dəyişir, yeniləşir. Əgər 1993-2003-cü illərdə dövlət müstəqilliyinin daxili xarici təhdidlərdən qorunub saxlanılması, iqtisadiyyatın dirçəldilməsi, ölkəmizin beynəlxalq arenada tanıdılması praktiki məqsədlər idisə, son 12 ildə obyektiv həyat reallıqları yeni hədəflər müəyyənləşdirmişdir. Cənab İlham Əliyevin prezidentliyi illərində respublikamız qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir.

Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə bir çox problemləri uğurla həll edir. Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən Azərbaycan bu gün tam fərqli statusda çıxış edir. Qürur doğuran haldır ki, bu gün regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər ölkəmizlə hesablaşır, onun mövqeyini nəzərə alırlar.

Prezident İlham Əliyev ölkədə sistemli şəkildə islahatların aparılması zərurətini xüsusi olaraq önə çəkir. Siyasi hüquqi liberallaşma, vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət edən islahatlar bu qəbildəndir. Təcrübə göstərir ki, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir, tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Məhz bu reallıqdan çıxış edən Prezident İlham Əliyev ötən illərdə hər iki təmayülə vəhdət şəklində yanaşaraq ölkənin uzunmüddətli inkişafını məhz demokratik iqtisadi islahatların paralel şəkildə davam etdirilməsində görür. Bu mənada sosial-iqtisadi inkişafla yanaşı, demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin başa çatdırılması, hüquqi dövlətin, sözün həqiqi mənasında, bərqərar olması müasir Azərbaycan milli ideyasının tərkib hissələri kimi nəzərdən keçirilir.

Ölkə rəhbərinin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini inkişaf yolunu müəyyən edir. Prezident İlham Əliyev Azərbaycanı müasir qüdrətli dövlətə çevirmək məqsədini dekorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atır. Başqa sözlə, respublikamız öz inkişafının Qərb modelini müəyyənləşdirərək davamlı iqtisadi inkişafa demokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük vermişdir. Dövlət başçısının bəyan etdiyi kimi, ölkəmizin sabit tarazlı iqtisadi inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir. Bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın milli strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi demokratikləşmə prosesinin üzvi vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir. Ölkə rəhbəri Azərbaycanın müstəqil dövlət kimi inkişaf strategiyasını belə xarakterizə edib: “Bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Onu da deməliyəm ki, - Azərbaycan ictimaiyyəti bilir, - bizə qarşı çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə demək mümkündürsə, ondan sonra bir az səngiyir. Ancaq bu, daimi bir kampaniyadır, səbəbləri aydındır. İlk növbədə, dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub. Xüsusilə, bu, Qərb siyasətçilərinə aiddir. Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər. Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni, bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycandabeşinci kolon”un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər”.

Məsələ kifayət qədər aydındır - erməni lobbisinin təsiri altında olan bəzi dairələr Azərbaycanın nüfuzuna xələl gətirmək, ona təzyiq göstərmək məqsədini güdürlər. Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilən, regionda əsas söz sahibi kimi çıxış edən Azərbaycanın son illər əldə etdiyi davamlı uğurlarını həzm edə bilməyən bədxah qüvvələrin hədəfi dəyişməz olaraq qalır: nəyin bahasına olursa-olsun Azərbaycan hakimiyyətinin həyata keçirdiyi iqtisadi, siyasi hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq! Dünyada nüfuzu durmadan artan, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın gündən-günə güclənməsi bu qüvvələrin narahatlığına səbəb olub. Mötəbər tədbirlər vaxtı Azərbaycana qarşı qarayaxma kampaniyası aparan həmin antiazərbaycançı şəbəkə nəticədə fiaskoya uğrayıb. Bu gün Azərbaycanda heç bir kənar təsir diktə altında hərəkət etməyən, xalqın maraqlarını, mənafeyini müdafiə edə bilən hakimiyyət mövcuddur. Məhz bu amil ölkəmizə qarşı yönəlmişikili standartlar”ı neytrallaşdırır, onu beynəlxalq səviyyədə söz sahibinə çevirir.

Azərbaycan bu gün təkcə Cənubi Qafqazın deyil, Avropanın tolerantlıq, sülh inkişaf mərkəzlərindən biri kimi tanınır. Ölkəmizdə aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Azərbaycan tolerant ölkədir. Respublikamızda yaşayan bütün xalqların dinlərin nümayəndələri arasında tərəfdaşlıq qardaşlıq ruhu yaratmaq məqsədilə səylər gündən-günə artırılır.

Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir. Bəzən Azərbaycanın bölgədə artan rolunu qərəzli olaraq respublikanın karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə rast gəlinir. O reallıq sanki unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş demokratiya yolunda olmayan heç bir ölkə ilə davamlı, uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmayıb. Neftlə, qazla zəngin bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avratlantik məkana inteqrasiya edir. Demokratik ideallara, liberal dəyərlərə, insan vətəndaş hüquq azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir. Bərabərhüquqlu tərəfdaşlıq tarazlı xarici siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına qətiyyətlə yol vermir.

Antiazərbaycançı qüvvələr başa düşməlidirlər ki, Azərbaycan demokratik inkişaf yolunu Avropanın Qərbin xoşuna gəlmək üçün seçməmişdir. Bu yol xalqımızın demokratiyanı bərqərar etmək, hüquqi dövlətin yüksək standartlarına nail olmaq əzmi ilə bağlıdır. Odur ki, qərəzli iddialara, qərarlara baxmayaraq respublikamız demokratiyanın şəksiz üstünlüklərini bundan sonra da gerçəkləşdirərək insan hüquqlarına azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yolundan heç vaxt dönməyəcəkdir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 29 iyul.- S.1.