Qəbələdə keçirilən kamera musiqisi konsertində Azərbaycan alman bəstəkarlarının əsərləri səsləndirilib

 

Qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edir. Səkkiz ölkədən bədii kollektivlərin, solistlərin dirijorların iştirak etdikləri Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində səhnəyə dünya şöhrətli musiqiçilərlə yanaşı, gənc ifaçılar da çıxırlar.

AZƏRTAC xəbər verir ki, tamaşaçılara unudulmaz musiqi bayramı həyəcanı yaşadan festivalın proqramına uyğun olaraq iyulun 28-də Heydər Əliyev Konqres Mərkəzində növbəti kamera musiqisi konserti keçirilib.

Əməkdar Artist, Prezident təqaüdçüsü Gülnaz İsmayılovanın (vokal), beynəlxalq müsabiqələr laureatı olan gənc musiqiçilər - Fərhad Qarayusiflinin (dirijor), Səidə Tağızadənin (piano), Aslan Aslanovun (piano), Kənan Mailovun (skripka), Asim Xəlilovun (violençel) iştirak etdikləri konsertdə tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Adilə Yusifovanın simli kvartet, fortepiano, soprano, qoboy balaban üçün yazdığıXəyallarımdakı şəhər”, “7 çinarYaz mahnısı”, eləcə məşhur alman bəstəkarı Yohanes Bramsın əsərləri səsləndirilib.

 

AZƏRTAC

 

Azərbaycan._ 2015.- 29 iyul.- S. 4.