İllərdə qalan izlər

 

Jurnalist qədər yollar qət edən, hadisələr şahidi olan, insan ömürnamələri vərəqləyən, başqalarının sevincinə-kədərinə şərik çıxan ikinci bir sənət, peşə sahibi təsəvvürə gətirmək çətindir. Jurnalist olacağamdeyənin heç hamısının bu çətin yolda özünü doğrultmağa sənət sevgisi, iradəsi, mənəvi gücü, biliyi, bacarığı çatmır. Bəzən görürsən ki, ali məktəbin jurnalistika fakültəsiniqırmızı  diplom”la bitirən məzun da sonra heç jurnalist ola bilmir. Yəqin, jurnalistlik bir taledir ki, onu yaşamağı hər kəs bacarmır...

Qələm yoldaşımız Bahadur İmanquliyevi bu tale uzun illər izləyib. Belə ki, doğulub böyüdüyü Quba rayonunun Xucbala kəndində səkkizillik məktəbi bitirəndən sonra Bakı Energetika Texnikumunda oxuyub. 1974-cü ildə texnikumda təhsilini əla qiymətlərlə başa çatdıraraq Moskva Energetika İnstitutuna qəbul olunub. İki il burada oxuyandan sonra dərk edib ki, qəlbində çağlayan arzu-istək onu tamamilə başqa bir səmtə səsləyir. 1976-cı ildə institutdan öz xahişi ilə xaric olunub.

Bu vaxt artıq ordu sıralarında xidmət etmək yaşına çatmışdı. Elə Moskvada əsgəri xidmət edir. Onu arzusuna doğru aparan yollar Moskva Hərbi Dairəsinin “Na boyevom postu” (“Döyüş mövqeyində”) qəzetindən başlanır. O, qəzetin nəzdində qiyabi hərbi müxbirlər məktəbini bitirir. Xidmət etdiyi hərbi hissə Bahadura Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin hazırlıq şöbəsinə qəbul olunmaq üçün zəmanət verir.

Sonuncu kursda oxuyanda Bahadur İmanquliyevUçitelskaya qazeta”nın (“Müəllim qəzeti”) keçirdiyiƏn yaxşı oçerkmüsabiqəsinin qalibi olur. Bu, o deməkdir ki, gənc jurnalist Moskvada qalıb keçmiş SSRİ-nin mərkəzi qəzetlərinin birində, elə əməkdaşlıq etdiyiUçitelskaya qazeta”da işləyə bilərdi.

Amma o, Azərbaycana qayıtdı. Əmək fəaliyyətinəBakinski raboçiqəzetində başladı. Bir il kənd təsərrüfatı şöbəsində müxbir işlədi. Sonra qəzetin xüsusi müxbiri kimi Naxçıvan Muxtar Respublikasına göndərildi. 1990-cı ilin sonuna qədər orada çalışdı.

1990-cı illərin əvvəlləri Azərbaycan xalqı, o cümlədən jurnalistləri üçün çətin dövr idi. Bəlkə bu səbəbdən Bahadur İmanquliyev bir neçə dəfə yerini dəyişməli olur. Turanİnformasiya Agentliyində, “Xazarjurnalında, “TuranMəlumat-nəşriyyat müəssisəsində müxtəlif vəzifələrdə işləyir. Sonra bir müddət Azərbaycan Mətbuat Şurası sədrinin köməkçisi olur.

O illərdə zaman da, sənət Bahaduru çox sınaqlara çəkdi. Blokadada yaşayan Naxçıvanın ağır günlərinin şəriki oldu. Sonrakı illərdə müxbir kimi bir əlində qeyd dəftərçəsi qələm, bir əlində telekamera döyüş bölgələrinə getdi. 1992-ci ildə Amerika-İngiltərəÜmumdünya Televiziya Xəbərlərişirkətinin əməkdaşı kimi birbaşa odun-alovun içindən reportaj yazdı, kadr çəkdi. Bu vaxt Bakıda, yeddinci mərtəbədə yerləşən mənzilinin eyvanından onun yollarına üç körpə göz dikmişdi... Bütün bunlar qələm yoldaşımızın səhhətinə təsirsiz qalmayıb.

Amma jurnalist ömrünün sevincli, qürur bəxş edən günləri az olmayıb. Məsələn, Bahadur İmanquliyevin qismətinə Naxçıvanda ümummilli lider Heydər Əliyevlə görüşmək, söhbət etmək səadəti düşüb. 1992-ci ilin mayında isə Türkiyənin İqdır vilayətindəÜmid körpüsü”nün açılışından - Heydər Əliyev Süleyman Dəmirəlin iştirak etdiyi tədbirdən Azərbaycan oxucularına xəbərlər göndərib.

1990-cı illərdə Bahadur İmanquliyevAzərbaycanqəzetinin reklam şöbəsində müqavilə ilə çalışıb. 2008-ci ildə yenidənAzərbaycan”a gəlib - bu dəfə yaradıcı işçi kimi. Hazırda iqtisadiyyat şöbəsinin müxbiridir.

Həmkarımızın maraqlı üslubu var. Kiçik bir xəbərin dərinliyinə varmağa çalışır. Bu, onun irihəcmli yazılarında özünü daha aydın göstərir. Son vaxtlarda 100 yaşlı akademik İsmayıl İbrahimov haqqında yazdığı portret-oçerki, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovla müsahibəsi, aqrar sahənin həlli vacib məsələlərindən, kibermüharibələrdən bəhs edən məqalələri buna misaldır.

...Əvvəllər qəzetlərdəJurnalistin bloknotundanadlı rubrika vardı. İndi jurnalistin bloknotdan əlavə diktofonu, mobil telefonu, noutbuku da var. Odur ki, qəzet səhifələrindən həmin rubrikanın yalnız adı  kənarda qalıb. Jurnalistin qeydlərində, özünün kompüterinin yaddaşında qalanlar isə həmişə qəzetlərinqanı-canı”dır.

Ölkənin iqtisadi həyatında baş verən yenilikləri işıqlandıran Bahadur İmanquliyevin bloknotunda ötən illərdən qalan maraqlı yazılara çevriləcək qeydlər az deyil. Bəlkə buna görə ömrünün 60-cı pilləsinə çatan həmkarımızYaşadığım illər mənim sərvətimdir  deyir.

Qoy jurnalistin belə sərvəti çox olsun!

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2015.- 29 iyul.- S. 3.