Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 257                                    Bakı şəhəri, 8 iyul 2015-ci il

 

Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin texnoloji  biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası”nın, “Texnologiyalar parkının texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnamələrinin Forması”nın Texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizənin Forması ona əlavə edilən sənədlərin Siyahısı”nın təsdiq edilməsi haqqında

 

Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanının 4.1.3-cü, 4.1.4-cü 4.1.5-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydasıtəsdiq edilsin (1 nömrəli əlavə).

2. “Texnologiyalar parkının texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnamələrinin Formasıtəsdiq edilsin (2 nömrəli əlavə).

3. “Texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizənin Forması ona əlavə edilən sənədlərin Siyahısıtəsdiq edilsin (3 nömrəli əlavə).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2015.- 30 iyul.- S. 1.