İspaniyalı idmançı: I Avropa Oyunlarının təşkilatçılıq səviyyəsindən daha yüksəyini təsəvvür etmək mümkün deyil

 

Bakıda keçirilən I Avropa Oyunlarının atıcılıq yarışlarında qızıl medal qazanmış ispaniyalı idmançı Fatima Qalvez Marin “Bakı-2015”ə dair təəssüratlarını AZƏRTAC ilə bölüşüb.

İlk Avropa Oyunlarının qızıl medalını qazanması ilə qürur duyduğunu bildirən ispaniyalı atlet deyib ki, bu mötəbər turnirin təşkilatçılıq səviyyəsindən daha yaxşısını təsəvvür etmək mümkün deyil. O, xüsusilə atıcılıq idmanı üçün yaradılan şəraitdən məmnunluğunu ifadə edərək bu sahədə təşkilatçılığıdahiyanəadlandırıb.

 

Azərbaycan.- 2015.- 30 iyul.- S. 3.