İsveç boksçusu: Azərbaycan dünyaya çox əhəmiyyətli idman hadisəsi bəxş etdi

 

Azərbaycan tarixdə ilk Avropa Oyunlarını Bakıda keçirməklə, dünyaya çox əhəmiyyətli idman hadisəsi bəxş etdi.

Bu sözləri Bakıda I Avropa Oyunlarının gümüş mükafatçısı, İsveç boksçusu, dünya çempionu Anna Laurel Naş AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.

İsveçli idmançı idman arenaları təşkilatçıların öz işinə ciddi yanaşmasının onda güclü təəssürat yaratdığını deyib: “Nəqliyyat sistemi, yarış cədvəli, könüllülərin işi, bir sözlə, hər şey idmançıların tamaşaçıların rahatlığına uyğun təşkil edilmişdi. Avropa Oyunları irimiqyaslı Olimpiya Oyunlarını xatırladırdı. Belə başlanğıcı olan Avropa Oyunlarının gələcəyi parlaqdır”. Müsahibəsində Atletlər Kəndini xüsusi vurğulayan boksçu deyib: “Gözəl şəraitdən bizi əhatə edən hər şeyin düşünülmüş olmasından çox razı qaldıq. Başqa ölkələrin nümayəndələri ilə görüşüb müxtəlif oyunlar oynamaq, televizora baxmaq, yaxud, sadəcə, dincəlmək üçün məkanlar da vardı. Bu da yarışqabağı çox kömək edirdi”.

Bakı barədə təəssüratlarını bölüşən idmançı deyib: “Çox gözəl şəhərdir. Burada köhnə yeni memarlıq üslubları vəhdət təşkil edir. Bakılılar çox mehribandır bacardıqları qədər bizə kömək etməyə çalışırdılar”.

Oyunlarda iştirakından söz açan boksçu qeyd edib ki, medal qazanmaq üçün uzun çətin yol qət edib: “Qarşılaşdığım rəqiblər güclü idi. Hər dəfə bütün gücümü ortaya qoyurdum. Nəticədə gümüş medal qazandım”.

Anna, həmçinin Oyunların bağlanış mərasiminin onda güclü təəssürat oyatdığını da etiraf edib: “Təəssüf ki, Avropa Oyunlarının açılışında ola bilmədim. Amma bağlanış mərasiminə söz ola bilməzdi. Bu mərasimdə iştirak etmək mənim üçün ikiqat maraqlı idi, çünki İsveç komadasının bayrağını aparmaq kimi şərəfli missiya mənə həvalə edilmişdi. Unudulmaz təəssürat idi”.

 

Azərbaycan.- 2015.- 30 iyul.- S. 3.