Azərbaycanla Gürcüstan arasında din sahəsində
əlaqələrin genişləndirilməsi
məsələsi müzakirə
olunub
İyulun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstan Pravoslav Kilsəsinin mitropoliti, Gürcüstan Patriarxlığının beynəlxalq əlaqələr şöbəsinin müdiri Gerasim Şaraşenidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq və mehriban qonşuluq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Eyni zamanda, digər sahələrdə olduğu kimi, din sahəsində də əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Gürcüstanın Xornabuci və Hereti yeparxiyasının yeni təyin olunmuş yepiskopu Dmitri Kapanadze və Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze görüşdə iştirak ediblər.
Azərbaycan.- 2015.- 30 iyul.- S. 4.