Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri Qafqaz Müsəlmanları İdarəsində olublar

 

İyulun 29-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Pravoslav Kilsəsinin mitropoliti, Gürcüstan Patriarxlığının beynəlxalq əlaqələr şöbəsinin müdiri Gerasim Şaraşenidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, A. Paşazadə Qafqazın müdrik ağsaqqalı, gürcü xalqının dini lideri - Ümumgürcüstan Katolikos-Patriarxı II İliyaya dərin ehtiramını xeyir-dualarını yetirməyi xahiş edib. Hər zaman böyük qardaşı kimi dərin hörmət bəslədiyi gürcü Patriarxı ilə hər bir görüşünü məmnunluqla xatırladığını bildirən QMİ sədri Azərbaycan xalqının dostu Patriarx II İliyanı ölkəmizə səfərə dəvət edib.

Şeyxülislam əmin olduğunu bildirib ki, bu səfər Azərbaycan gürcü xalqlarının dostluğu qardaşlığı, Qafqazda mehriban qonşuluq əlaqələrinin inkişafı üçün çox dəyərli olacaq bu əlaqələrin daha da dərinləşməsi istiqamətində dini liderlər olaraq əllərindən gələni bundan sonra da əsirgəməyəcəklər.

Azərbaycanda müxtəlif din ardıcılları arasında mövcud dini tolerantlıq nümunəsini özləri üçün dəyərli örnək kimi qiymətləndirən qonaq Azərbaycan gürcü xalqları arasında dostluq qardaşlıq əlaqələrinə xələl gətirmək istəyində olanların mənfur istəklərinə çatmayacaqlarını vurğulayıb.

Söhbət zamanı Qafqaz Müsəlmanları İdarəsi ilə Gürcüstan Patriarxlığı arasında səmərəli əməkdaşlıq əlaqələri müzakirə olunub.

Gürcüstanın Xornabuci Hereti yeparxiyasının yeni təyin olunmuş yepiskopu Dmitri Kapanadze, bu ölkənin Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze QMİ sədrinin birinci müavini Salman Musayev görüşdə iştirak ediblər.

 

Azərbaycan.- 2015.- 30 iyul.- S. 4.