Beynəlxalq Musiqi Festivalında
Xorvatiyanın “Dubrovnik Gitara
Triosu”nun konserti olub
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 29-da Heydər Əliyev adına Konqress Mərkəzində Xorvatiyanın “Gitara Triosu”nun konserti olub.
AZƏRTAC xəbər verir ki, kamera zalında keçirilən konsertdə tanınmış Dubrovnik Musiqi Məktəbinin “Gitara Triosu”nun üzvləri Ante Skaramuca, Frano Matujiç və Maroye Brçiçinin ifa etdikləri musiqi əsərləri tamaşaçıların zövqünü oxşayıb. Konsertdə Avropa bəstəkarları A.Vivaldi, Q.Hendel, L.Sorkoçeviç, N.Njiriç, F.Mendelson, Q.Foren və İ.Albenisin əsərləri səslənib. Yerli və xarici musiqisevərlərə məlumat verilib ki, 1992-ci ildən fəaliyyət göstərən “Dubrovnik Gitara Triosu” dünyanın 15-dək ölkəsində konsertlər verib.
Azərbaycan.- 2015.- 30 iyul.- S. 5.