Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
№ 259
Bakı şəhəri,
8 iyul 2015-ci il
“Azərbaycan Respublikası
vahid büdcə təsnifatının təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan RespublikasıPrezidentinin “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1227-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 3 aprel tarixli 496 nömrəli Fərmanının 1.3-cü və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1228-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 3 aprel tarixli 497 nömrəli Fərmanının 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 198 nömrəli və 27 may tarixli 207 nömrəli qərarları) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Büdcə gəlirlərinin Təsnifatı”na aşağıdakı məzmunda 1.4.2.1.5.3-cü yarımmaddə əlavə edilsin:
“1.4.2.1.5.3. Nəzarət markalarının satışından daxilolmalar”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 31 iyul.- S. 1.