Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin qərarı
№
262
Bakı şəhəri, 8 iyul 2015-ci il
“Dəniz
limanları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq
edilməsi və “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları”nın və “Elektron xidmət növlərinin
Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191
nömrəli qərarında dəyişiklik edilməsi barədə
“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının 1.1.5-ci, 1.1.6-cı və 1.1.7-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin aparılması Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Gəmi agenti haqqında Əsasnamə” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın forması, qüvvədə olma müddəti, verilmə və ləğv edilmə Qaydası” təsdiq edilsin (3 nömrəli əlavə).
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 27 aprel tarixli 120 nömrəli və 5 iyun tarixli 218 nömrəli qərarları) ilə təsdiq edilmiş
2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”na aşağıdakı məzmunda 39.19-cu bənd əlavə edilsin:
39.19. Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 31 iyul.- S. 1.